Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə vikinq qılıncı tapıldı

Türkiyənin Antalya vilayətinin qədim Patara şəhərində arxeoloji qazıntılar zamanı vikinq qılıncı tapılıb.

Qılınc IX-X əsrə aiddir.

Akdeniz universitetinin professoru Feyzulla Şahin bildirib ki, qılınc vikinqlər dövrünə aiddir. O, ehtimal edir ki, qılıncın sahibi Bizans ordusunda muzdla xidmət edib və dənizdəki müharibədə iştirak edib. Alim qeyd edib ki, bu, Türkiyə ərazisində tapılan ikinci vikinq qılıncıdır. Ehtimal edilir ki, qılıncı döyüşçünün qəbrinə qoyublar.

Bizans mənbələrindən məlumdur ki, vikinqlər muzdlu döyüşçü kimi X əsrdən Bizans imperatorlarına xidmət ediblər.

Qeyd edək ki, Patara Likiya ittifaqının əsas liman və iri şəhərlərindən biri olub. (Olke.az)

Paylaş »
››› “Putin gözlənilməyən yerə hücum edəcək” - Siyahıda hansı ölkələr var?
››› Baş Prokurorluq "Ştutqart"-ın sahibi olan keçmiş deputatla bağlı cinayət işi açıb
››› Dolların bahalaşması təxirə düşdü: Dünyada baş verənlər manatı möhkəmləndirir...
››› Ət niyə bahalaşdı və ya "pulu kreditə ödəyək, yoxsa cəriməyə"...
››› Nazarbayev son çıxışında nələrə eyham vurdu: “Ola bilər, təhlükəsizlik zəmanəti alıb”
››› Dünyanın ən bahalı evi hərraca çıxarılıb - Foto
››› Prezident İradə Gülməmmədovanı vəzifəsindən azad edib
Son xəbərlər
Bütün xəbərlər »