Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vaşinqtondan bəyanat: Qaşıqçı cinayətində heç bir şübhə qalmadı

Camal Qaşıqçı cinayətində Səudiyyə Ərəbistanının rəhbərliyinin iştirak etdiyinə dair çox güclü fikir birliyi var, bunu kimsə mübahisə etmir.

Bunu ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Qaşıqçı cinayəti barədə hesabatı ilə tanış olan ABŞ Dövlət Departamentinin səlahiyyətlisi “ABC News” telekanalına müsahibəsində deyib.

“Səudiyyəli jurnalist Camal Qaşıqçı cinayətində əmrin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman tərəfindən verildiyi gün kimi aşkardır”, - o söyləyib.

Qeyd edək ki, bir neçə gün əvvəl MKİ-dəki mənbəyə istinadən “Vaşinqton Post” nəşrinin yazdığına görə, MKİ Qaşıqçının ölüm əmrinin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman tərəfindən verildiyi qənaətinə gəlib.

Daha əvvəl isə Səudiyyə Ərəbistanının Baş Prokurorluğu Qaşıqçının cinayəti ilə bağlı şok detalları açıqlayıb. Prokurorluq Qaşıqçının cəsədinin parçalanaraq İstanbuldakı baş konsulluqdan çıxarıldığını etiraf edib. Açıqlamada Qaşıqçının ölümündə boğulmanın və öldürücü dozada verilən dərmanın təsiri olduğunu bildirib.

Prokurorun açıqlamasına görə, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın məsləhətçisi Səud əl Kahtaniyə Qaşıqçını ölkəyə geri qaytarmaq əmri verilib. Ölkəyə geri qaytarılması təmin olunmadıqda isə öldürülüb. Ölüm əmrini İstanbula göndərilən komandanın başçısı verib. Kahtaninin ölkədən çıxışı qadağan edilib.

Cinayətdə adları çəkilən 11 şübhəlidən 5-nin edam edilməsi tələb olunub.

Xatırladaq ki, Qaşıqçı oktyabrın 2-də öldürülüb. (Publika.az)

Paylaş »
››› Görüntülərin ünvanı bəlli oldu: "Bilmirik, bu uşaqla necə mübarizə aparaq" - Video
››› "Sonuncu dalğanı da yola salıb koronavirus məsələsini bitirəcəyik"
››› Yenə dünyanı güldürməyi bacardı: Türkmənistanda daha bir qadağa
››› Müəllimləri hədələyən qalmaqallı şagird barədə DİN-dən açıqlama - Video
››› Arxasınca iki qadın “Sən getdin, elə bil dünya boşaldı” deyirdi... - İslam Rzayevi anırıq
››› "Bu, "Azəriqaz"ın çörəyinə bais olmaqdır.., yanan zibilə nə sayğac qoyacaqsan?"
››› Azərbaycanda pensiyaya çıxma şərtləri yumşaldıla bilər
Son xəbərlər
Bütün xəbərlər »