Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident İlham Əliyev ali xüsusi rütbələr verdi - Siyahı
Prezident İlham Əliyev Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi Ceyhun Əkbər oğlu Həsənova ədliyyə general-leytenantı ali xüsusi rütbəsi verilsin.

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin aşağıdakı əməkdaşlarına

III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilsin:

Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Adil Fazil oğlu Əbilova

Bələdiyyələrlə iş mərkəzinin rəisi Zahir Məmməd oğlu Əlizadəyə

İcra baş idarəsinin rəisi Nurəddin Yusif oğlu Mustafayevə.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti rəisinin müavinləri Məhərrəm Allahverdi oğlu Qafarova və Oqtay İlyas oğlu Məmmədova ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilsin".

Son xəbərlər
Bütün xəbərlər »