Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəhid ailələrinə 11 min manat birdəfəlik ödəmə verilib
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmənin verilməsi davam edir.

Şəhid Abbasov Rasim Fəxrəddin oğlunun vərəsəsi olan həyat yoldaşı Abbasova Yeganə Məhərrəm qızı bizimyol.info-ya bildirib ki, ona dünən 11 min manat məbləğində birdəfəlik ödəmə verilib.

“1955-ci il təvəllüdlü həyat yoldaşım ehtiyyatda olan zabit idi. Çağırış əsasında o döyüş bölgəsinə yollandı. İşğal olunan ərazilərin işğaldan azad olunması uğurunda gedən döyüşlər zamanı 31.08.1993-cü il tarixində Qubadlı rayonunda şəhid oldu.

1994-cü ildə kapitan Rasim Abbasovu “Azərbaycan bayrağı” ordeni ilə təltif edildi”,- deyə şəhidin həyat yoldaşı bildirib.

Yeganə Abbasova Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmənin verilməsinə görə dövlətə təşəkkür edib.

1970-ci il təvəllüdlü şəhid Mirzəyev Elmar Hafis oğlunun vərəsəsi olan anası Mirzəyeva Natella Muxtar qızı bizimyol.info-ya açıqlamasında dünən ona 11 min manat məbləğində birdəfəlik ödəmənin verildiyini bildirib.

“Şəhid ailələrinə göstərilən diqqətə və qayğıya görə dövlətə təşəkkür edirik”,-deyə N.Mirzəyeva bildirib.

O deyib, oğlu döyüş yoldaşlarını xilas edərkən şəhid olub: “Mən tibb bacısı idim. 3 dəfə Qarabağ uğurunda gedən döyüşlərdə oğlum yaralandı. Evə gəldi, mən də evdə müalicə edirdim.

Oğlum nişanlı idi. 22 yaşında nakam öldü”.

Şəhid anası bildirib ki, övladı 1991-ci ilin noyabrından başlayaraq işğalçılara qarşı vuruşdu: “1992-ci ilin noyabr ayında şəhid olub. 5 nəfər döyüş yoldaşını xilas edərkən şəhid olub.

Şuşa və Laçının işğalçılardan qorumaqdan ötrü döyüşüb. Ağdam istiamətində gedən döyüşlərdə isə şəhid olub”.

Ramid İbrahimov

Paylaş »
››› Pensiyasını almaq üçün cəsədi poçt şöbəsinə aparıblar
››› Rusiyada buzlu çaya girən qadın yoxa çıxdı - Video
››› NK karantin rejiminin dəyişməsi ilə bağlı qərarlar qəbul edib
››› Yanvarın 23-nə olan hava proqnozu
››› Yuxuda dəniz görmək nə vəd edir - Yuxuyozma
››› ABŞ-ın yeni hərbi yardımı Ukraynaya çatdırılıb
››› Sərnişin maska ​​taxmadığına görə, təyyarə yarı yoldan geri dönüb
Son xəbərlər
Bütün xəbərlər »