Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda müəllim və şagirdlər qidadan zəhərləndi
“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Şəkiyə səfər edən məktəblilər zəhərlənib.

“Report” xəbər verir ki, “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində bu gün Şəki şəhərində olan aksiya iştirakçılarından - müəllim, Tovuz rayon sakini, 1964-cü il təvəllüdlü Sahibə Həsən qızı Əliyeva, şagirdlər - Göygöl rayon sakini, 2002-ci il təvəllüdlü Ələsgər Rac oğlu Əliyev, Tovuz rayon sakini, 2003-cü il təvəllüdlü Emil Vüqar oğlu Alşanov, Göygöl rayon sakini, 2002-ci il təvəllüdlü Ayxan Nizami qızı Süleymanlı, Ağdaş rayon sakini, 2002-ci il təvəllüdlü Tabutay Eldəniz oğlu Hüseynli, Ağdaş rayon sakini, 2003-cü il təvəllüdlü Şəlalə Şirin qızı Kərimova zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.

Xəstəxanadan verilən məlumata görə, müayinə zamanı məlum olub ki, tur-aksiyası iştirakçıları bu gün səhər saatlarında Qəbələ rayonunda qaldıqları otellərdən birində səhər yeməyi yedikdən sonra Şəkiyə gəliblər. Biri müəllim olmaqla beş şagirddə qida zəhərlənməsı baş verib. Onlara xəstəxanada lazımi tibbi yardımlar göstərildikdən sonra vəziyyətləri qənaətbəxş olduğundan nəzarətdə olmaq şərti ilə evə buraxılıblar.

Paylaş »
››› Sədərək Ticarət Mərkəzində qadınları necə aldadırlar...
››› “Trendyol” birbaşa Azərbaycana sifariş göndərəcək: Vasitəçilərin aqibəti necə olacaq?
››› Hansı bürc hansı şəkildə təriflənməyi daha çox sevər
››› Snopp Dogg Azərbaycan rejissorunun videosunu paylaşıb - Video
››› Putinin milyonçu etdiyi qohumu üzə çıxıb
››› Azərbaycanda neft yataqları köhnəlir: Hasilatın azalması hansı problemlərə yol aça bilər?
››› Direktorların ucbatından minlərlə şagird tam orta təhsil ala bilmir
Son xəbərlər
Bütün xəbərlər »