Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bizi həm tarix, həm gələcək birləşdirir”
Azərbaycan Respublikasının Prezidentinin Belorusa səfərini Milli Məclisin deputatı Azər Badamov BiziM Yol-a şərh edib

Məlum olduğu kimi, noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belorus Respublikasına rəsmi səfərə gedib. Səfər müddətondə dövlət başçısı bir sıra maraqlı tədbirlərdə iştirak edib, hər iki dövlət üçün mühüm əhəmiyyəti olan görüşlər keçirib. Prezident Əliyev Minskdə Azərbaycan Ticarət Evini ziyarət edib. Daha sonra dövlət başçımız Beloruslu həmkarı Aaleksandr Lukaşenko ilə təkbətək və eləcə də, hər iki dövlətin rəsmi nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşlər keçirib. Bu görüşlərdən sonra Azərbaycan Respublikası ilə Belorus Respublikası arasında əməkdaşlığın dərinləşdirilməsinə və genişləndirilməsinə töhvə verən bir sıra sənədlər imzalanıb.

Tədbirlərə qatılıb və Noyabrın 19-da geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olub.

AZƏRTAC-ın verdiyi məlumata görə, Azərbaycan Respublikası Prezidentinin və Belarus Respublikası Prezidentinin Birgə Bəyanatını Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko imzalayıblar. Bundan başqa “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Belarus Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında sosial-əmək sahəsində əməkdaşlıq məsələləri üzrə Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Belarus Respublikasının Rabitə və İnformasiya Nazirliyi arasında rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolu”, “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyi arasında 17 oktyabr 2006-cı il tarixində Minsk şəhərində imzalanmış əməkdaşlıq haqqında Sazişin həyata keçirilməsinə dair 2019-2021-ci illər üzrə Kompleks Tədbirlər Planı”,“Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Belarus Respublikasının Dövlət Hərbi-Sənaye Komitəsi arasında hava hücumundan müdafiə silah və texnikasının təchiz olunması sahəsində ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə Belarus Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi arasında kənd təsərrüfatı və ərzaq sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə Belarus Respublikası Məhkəmə Ekspertizası Dövlət Komitəsi arasında məhkəmə-ekspertiza fəaliyyəti sahəsində əməkdaşlıq haqqında Saziş”,“Azərbaycan Respublikasının Baş Prokurorluğu və Belarus Respublikasının Baş Prokurorluğu arasında əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Saziş” hər iki dövlətin müvafiq qurumlarının rəhbərləri və səlahiyyətli şəxsləri tərəfindən imzalanıb.

Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan və Belorus Prezidentləri mətbuat üçün bəyanatlarla çıxış ediblər. Hər iki dövlət başçısı 25 illiyini qeyd etdikləri siyasi-diplomatik münasibətlərin, qarşılıqlı faydalı ticarət-iqtisadi əlaqələrin hazırkı səviyyəsindən razı qaldıqlarını, bü münasibətləri və əməkdaşlığı yeni və daha yüksək mərhələyə qaldırmağın vacibbliyini, bunun üçün çox böyük potensialı olduğunu bildiriblər.

Qeyd edək Azərbaycanla Belorus hər ikisi keçmiş Sovet İttifaqının tərkibində müttəfiq respublikalar olublar. Hələ o zamandan Belorusla Azərbaycan arasında yaxşı münasibətlər olub; bu, 70-ci illərdə Azərbaycana Heydər Əliyevin, Belorusiyaya isə Pyotr Maşerovun rəhbərlik etdiyi dövrdə daha yüksək səviyyəyə çatıb. Belorus və Azərbaycan müstəqil dövlətlər olduqdan sonra bu münasibətlər yeni müstəviyə keçib. 1993-cü il iyun ayının 11-də iki dövlət arasında diplomatik münasibətlər yaradılıb. Müstəqil Azərbaycanın və Belorusun rəhbərləri iki ölkənin daha da yaxınlaşmasına səy göstərmişlər. 05 dekabr 2000-ci ildə Azərbaycan Milli Məclisində Azərbaycan-Belorus Parlamentlərarası Əlaqələr üzrə İşçi qrupu yaradılıb. Bbelorus və Azərbaycan beynəlxalq təşkilatlarda da bir-birini fəal müdafiə edir. Belorus Respublikası Ermənstan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Minsk Qrupunun üzvüdür. Azərbaycanın Sumqayıt, Şəki və Mingəçevir şəhərləri Belorusun müvafiq olaraq Mogilyov, Slutsk və Polotsk şəhərləri ilə qardaşlaşıb.

Azərbaycan Respublikası ilə Belorus Respublikası arasında münasibətlərin bu günkü səviyyəsini və perspektivlərini bizimyol.info saytına müsahibəsində Milli Məclisin deputatı Azər Badamov geniş şərh edib.

- Azər müəllim, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Belarus Respublikasına rsmi səfərini necə qiymətləndirirsiniz? Bu səfər iki ölkənin münasibətlərinin inkişafında hansı rolu oynayacaq?

- Bu səfər ölkə başçısının Belarusa 5-ci rəsmi səfəridir və hər bir səfəri ölkələrimiz arasında strateji əməkdaşlıq baxımından çox yüksək dəyərləndirirəm. Belarus ölkəmizə dost və qardaş ölkədir. Ölkələrimiz arasında iqtisadi əməkdaşlıq sahəsində çox böyük nailiyyətlər əldə olunub. Bununla yanaşı əməkdaşlığın dərinləşdirilməsi üçün istifadə olunmamış potensial da kifayet qədər mövcuddur. Düşünürəm ki, prezdentlərin qarşılıqlı səfərlərinin intensivləşməsi ölkələrimizi daha da yaxınlaşdıracaqdır.

- İki ölkə arasında ticarət dövriyyəsinin indiki həcmi qaneedicidirmi?

- Qeyd etdiyim kimi, ölkələrimiz arasında istifadə edilməmiş potensial kifayet qədər çox olduğunu nəzərə alsaq, mövcud ticarət dövrüyyəsi ilə kifayətlənib dayanmaq düzgün olmazdı. Amma onu da qeyd etmək lazımdır ki, ölkələrimiz arasında ticarət dövriyyəsi ilbəil artmaqdadır. Azərbaycan məhsulları Belarus bazarlarında görünməyə başlayıb. Bu, böyük göstəricidir və bunu ancaq alqışlamaq lazımdır. Belarusun Azərbaycanda çoxlu istehsal müəssisələri fəaliyyət göstərir və gələcəkdə daha da genişləndirmək prespektivləri mövcuddur. Düşünürəm ki, gələcək illərdə iqtisadi əməkdaşlıq daha genişlənəcək və bu da iki ölkə arasında ticarət dövrüyyəsinin kifayət qədər artmasına şərait yaradacaq.

- Minskdə açılan Azərbaycan Ticarət Evi ölkələr arasında iqtisadi-ticarət əlaqələrinin daha da irəli getməsinə hansı köməyi göstərəcək?

- Azərbaycan 2017-ci ildə Minskdə Ticarət Evi yaradıb. Bu Ticarət Evi beloruslulara ölkəmizdə istehsal olunmuş mallarımızı təqdim etməyimizə imkan verir. Məhz Ticarət Eevinin yaradılmasından sonra Azərbaycan brendi Belorus bazarlarına ayaq açmağa başlayıb. Gələcəkdə Ticarət Evlərimizin Belarusun ayrı-ayrı şəhərərlərində də açılışı planlaşdırılır ki, bu da ölkələrimiz arası iqtisadi-ticari əlaqələrin daha da dərinləşməsinə xidmət edəcəkdir.

- Azərbaycanla Belorusun daha da yaxınlaşması fonunda Ermənistan-Belorus münasibətləri çox kəskinləşib. Buna əsas səbəblərdən biri kimi bu yaxınlarda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi vəzifəsinə Belorus və Qazaxıstan tərəfindən Ermənistanin deyil, Belorusun nümayəndəsinin namizəd göstərilməsi əsas gətirilir. Bu mənada Azərbaycanla Belorus arasında hərbi, hərbi texniki və ümumiyyətlə, təhlükəsizlik siyasəti ilə bağlı əməkdaşlığın perspektivləri necədir?

- Yuxarıda qeyd etdiyim kimi, Belorus Azərbaycana dost və qardaş ölkədir. Belorus Azərbaycanın ərazi bütövlüyünü tanıyır və torpaqlarımızın qeyd-şərtsiz işğaldan azad edilməsini tələb edən ölkədir. Azərbaycan və Belorus beynəlxalq təşkilatlarda bir-birinin yanındadır və hər hansı bir qərar qəbul ediləndə ölkəlrimizin maraqları üstün tutulur və bir-birimizi dəstəkləyirik. KTMT-yə baş katibin seçilməsi tədbirində də baş katibin Belorusdan seçilməsi və Ermənistana önəm verilməməsi də orda iştirak edən ölkələrin, xüsusilə, Belorus və Qazaxıstanın ölkəmizə olan mehriban münasibətindən irəli gəlib. Azərbaycan Belorusdan hərbi texnika alır və hərbi əməkdaşlığımızı daha da dərinləşdirmək fikrindəyik. Təbii ki, Belorusun KTMT-yə baş katibliyə keçməsi və Ermənistanın baş katiblik uzaqlaşdırılması Ermənistanda da birmənalı qarşılanmayıb və orada siyasi gərginliyi artırıb.

- Bəzi fikirlər var ki, Azərbaycan Prezidentinin bu səfərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Azərbaycanın müşahidəçi statusunda iştirakı da geniş müzakirə mövzusudur. Belorus həmin Təşkilatda mühüm yer tutur və Azərbaycanla KTMT arasında əməkdaşlıqda Belorus nə kimi rol oynaya bilər?

- Səfər çərçivəsində prezdentlər ölkələrimizə xeyir gətirəcək bütün istiqamətlər üzrə müzakirələr aparıblar. Bunlardan biri də Azərbaycanın KTMT-də müşahidəçi statusunda iştirak etməsi mövzusu olub. Azərbaycan KTMT-də müşahidəçi qismində iştirak edərsə, KTMT çərçivəsində olunan müzakirələri izləyə biləcək və hər hansı qərar qəbul ediləndə, təbii ki, ölkəmizin maraqları çərçivəsində qəbul olunmasına çalışacaq. Azərbaycanın orda iştirakında Belorus baş katib tərəf kimi yaxından dəstək verər və bu çox vacib məsələdir.

- Məlumdur ki, Qərb dövlətləri zaman-zaman Belorusda insane hüquqlarının pozulmasını əsas gətirərək bu ölkəyə təzyiq edirlər. Bu, Azərbaycana münasibətdə də baş verir. Bəzən də bu iki dövləti eyniləşdirirlər. Bu iki dövlətin daxili və xarici siyasətində hansı oxşar cəhətlər var? Azərbaycanla Belorusu yaxınlaşdıran belə oxşaqlıqlardırmı, yoxsa bu ölkələri strateji hədəflər birləşdirir?

- Azərbaycan və Belarusun oxşar cəhətləri çoxdur. Birincisi, hər iki ölkədə xalq prezdenti dəstəkləyir və məhz bunun sayəsində ölkələrimizdə yüksək siyasi sabitlik və iqtisadi inkişaf var. Hər iki ölkədə dövlət siyasəti xalqın rifahına xidmət edir. Bu, əsas məslədir. Bu iki ölkəni tarix və gələcək birləşdirir. Azərbaycan və Belorus iqtisadi və siyasi baxımdan müstəqil siyasət yeridən, gerçəkdən müstəqil ölkələrdir. Bu müstəqilliyimiz ölkələrimizə beynəlxalq arenalarda sərbəst şəkildə öz sözümüzü deməyimizə imkan yaradır. Bunu da Qərb həzm edə bilmir və müxtəlif mövzularada, o cümlədən, insan hüquqlarının pozulması ilə əlaqədar bəhanələr gətirərək təzyiqlər göstərməyə çalışırlar. Amma onu da qeyd etmək istəyirəm ki, xalqla dövlət arasında möhkəm birlik olanda heç bir xarici qüvvə ölkəyə müdaxilə edə bilməz. Onlar üçün ancaq uzaqda dayanıb ürəkbulandırıcı açıqlamalar vermək qalacaq.

- Azərbaycanın Rusiya ilə münasibətlərinin indiki səviyyəsi Azərbaycan-Belarus münasibətlərində nə kimi rol oynayır?

- Təbii ki, Azərbaycanın Rusiya ilə çox yüksək münasibətləri var. Bu münasibətlər gündən –günə möhkəmlənir. Belorusun Rusiya ilə münasibətləri də çox yüksək səviyyədədir. Rusiya –Belarus münasibətlərinin möhkəm olması hər iki ölkənin Azərbaycana daha da yaxınlaşmasını sürətləndirir. Yəni hər üç ölkə arasındakı strateji əməkdaşlıq və dostluq münasibətlərin dərinləşməsi ölkələrimiz güclənmsinə öz töhfəsini verir.

Gülnarə ƏMİRQIZI

Son xəbərlər
Bütün xəbərlər »