Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda dəm qazı gəncin həyatına son qoydu: İşdən gəlib, hamama girdi…
Bakının Binəqədi rayonunda 20 yaşlı gənc dəm qazından boğularaq dünyasını dəyişib.

Hadisə Binəqədi qəsəbəsi 3-cü mədən ərazisində baş verib.

Belə ki, 20 yaşlı Mütəllimov Namiq Fərhad oğlu dünən işdən evə gəlib, yuyunmaq üçün hamama daxil olub. Üzərindən bir neçə saat keçdikdən sonra ailəsi onun hamamdan gec çıxdığını görüb, qapını açıblar. N.Mütəllimov vanna otağında huşsuz vəziyyətdə uzandığına görə ailəsi təcili yardıma zəng edib. Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin ehtimala görə, N.Mütəllimov hamam otağında quraşdırılan qazla işləyən qızdırıcı sobada dəm qazının sızması nəticəsində dünyasın dəyişib.

Qeyd edək ki, əslən Şamaxı rayonundan olan 20 yaşlı Mütəlimov Namiq Fərhad oğlu özündən kiçik bir qardaşı və bir bacısı var.(Unikal.org)

Paylaş »
››› Ziddiyyətli açıqlamalar: Evlər ucuzlaşacaq, yoxsa bahalaşacaq?
››› Orta statistik Azərbaycan ailəsi istirahətin nə olduğunu həyatı boyu bilməyəcək
››› "Deputatlar oldular, ya olmadılar.., heç bir fərqi yoxdur"
››› Ucuz və baha kolbasanın fərqi: "İçində ətdən başqa hər şey var"
››› Sakit okeanda Tonqa krallığını sunami viran edib - Video
››› Yuxuda ağlamağın yozumu nədir...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »