Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mahmudovun səhhəti pisləşdi
Yanan binaya görə tutulan iş adamı məhkəməyə gətirilmədi

Bakı Apelyasiya Məhkəməsində Binəqədi rayonunda 16 mərtəbəli binada baş vermiş dəhşətli yanğınla bağlı həbs edilən Global Construction MMC-nin təsisçisi Miryusif Mahmudov və digər şəxslərin apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Hakim İlqar Murquzovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən Miryusif Mahmudovun məhkəməyə gətirilmədiyi elan olunub. Bildirilib ki, Miryusif Mahmudovun səhhətində problem yaranıb. Bu səbəbdən növbəti proses sentyabrın 14-ə təyin edilib.

Xatırladaq ki, 2015-ci ilin mayın 19-da Binəqədi rayonu ərazisində, metronun “Azadlıq prospekti” stansiyasının yaxınlığında 16 mərtəbəli yaşayış binasında baş verən yanığında 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb. Yanğın hadisəsi ilə əlaqədar 8 nəfər - binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Yusif Mahmudov, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov, Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunublar. Bundan başqa, "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da məsuliyyətə cəlb edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Miryusif Mahmudov 8 il, Ələkbər Əsgərov 4, Uğur Bəşirov 5, Qəzənfər Novruzov 4, Ədalət Rəcəbov 4, Nizami Orucov 3 il 6 aymüddətinə azadlıqdan məhrum edilib. Ağacavad Məmmədov və Akif Əlibəyovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkim etmə) maddəsi tətbiq edilib və onlar şərti cəza alıblar.

Hökmdə qeyd olunub ki, yanğın zamanı dövlətə 8 milyon 750 min manat ziyan dəyib. Cinayət işi üzrə 3 nəfərin verdiyi mülki iddia baxılmamış saxlanılıb. Onlara izah edilib ki, yerli məhkəməyə mülki qaydada müraciət edə bilərlər.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Dekabrın 15-dən sonra necə olacaq: İki dövlət qurumu döyüşür, zərbə xalqa dəyir...
››› Bir məmurun imzaladığı qərar on minlərlə vətəndaşın kabusuna çevrilib
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Soçidən gözləntilərimiz və ya bizi nə gözləyir?
››› Soçidə qazandıqlarımız və itirə biləcəklərimiz
››› Barmaq şaqqıltılarının əsl səbəbi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »