Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Casusluğa görə ömürlük həbs edilən nazir müşavirinin cəzası azaldıldı
Ali Məhkəmədə İranın xüsusi xidmət orqanı (SEPAH) ilə əməkdaşlıqda ittiham olunan Ağamir Ağamirovun kassasiya şikayətinə baxılıb. Hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə A.Ağamirovun kassasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün Ağamir Ağamirova aid hissəsi dəyişdirilib. A.Ağamirovun ittiham oldunduğu Cinayət Məcəlləsinin 320.1-ci (sənəd saxtalaşdırılması) maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar cəza təyin edilməyib.

Məhkəmə Ağamir Ağamirovu Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) madddəsi ilə təqsirli bilib və ona 15 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ağamir Ağamirov və Hafiz Vəliyev ömürlük azadlıqdan məhrum ediliblər.

Məhkəmənin hökmündən narazı qalan təqsirləndirilən şəxslərin vəkilləri apelyasiya şikayəti veriblər. Onlar müdafiə etdikləri şəxslər barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər. Təqsirləndirilən şəxslərin apelyasiya şikayəti təmin edilməyib.

Bu səbəbdən də hər iki şəxs Ali Məhkəməyə üz tutublar. Digər məhkum Hafiz Vəliyevin də kassasiya şikayətinə iyulun 13-də Ali Məhkəmənin hakimi İnqilab Nəsirovun sədrliyi ilə baxılıb və cəzası ömürlekdən 15 ilə endirilib.

İstintaq sənədlərinə görə, 2013-cü il mayın 11-də Heydər Əliyev Beynəlxalq Hava Limanında Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları Bərdə sakini Hafiz Vəliyevi saxlayıblar. Axtarış zamanı onun üzərində noutbuk və fləş-kart aşkar olunub. Hafiz Vəliyevə məxsus “KİA Sorento” markalı avtomobildə 9,46 qram heroin, onun Bakının Nərimanov rayonu, Qədirbəyov küçəsində kirayə götürdüyü mənzildə isə fotoaparat, mini-videokamera, fləş-kart, qələm formasında səsyazan qurğu tapılıb.

2003-cü ilin oktyabrında Hafiz Vəliyev Riyazi Bəhmənin tapşırığı ilə İstanbula uçub, orada kafelərin birində SEPAH zabiti onu İran xüsusi xidmət orqanlarının digər əməkdaşı Əhməd Qaffari ilə tanış edib. Həmin adam özünü Həmid Bəhrami kimi təqdim edib. Bunun səbəbi o olub ki, SEPAH Riyazi Bəhməni Rusiyaya ezam edib, o isə yeni əməkdaşı Hafizlə tanış edib. Bir müddət sonra Əhməd Qaffari Bakıya gəlib və Hafiz Vəliyev onunla əməkdaşlığa başlayıb. O, müxtəlif dövlət strukturlarını izləyib və informasiya bazası yaradıb.

İstintaqın gedişində Hafizin verdiyi ifadə əsasında Ağcabədi rayonundan olan 1976-cı il təvəllüdlü Ağamir Ağamirov da həbs edilib.A.Ağamirov həbs olunana qədər Azərbaycanın Müdafiə Sənayesi Nazirliyində baş müşavir işləyib.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Soçidə qazandıqlarımız və itirə biləcəklərimiz
››› "Azəravtoyol"dan "duzsuz" açıqlama, yaxud "kürək" siyasəti...
››› Yuxuda "cənnət meyvəsi" nar görməyin yozumu nədir...
››› Diplomatiyanın "Soçi dəhlizi"...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› XİN: "26 noyabr bəyanatında Azərbaycanın mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin edilib"
Son xəbərlər
Bütün xəbərlər »