Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kaliforniyadakı yanğınlar külli miqdarda maddi ziyan vurub

Kaliforniyadakı “Camp” və “Woolsey” yanğınlarının vurduğu maddi ziyan 9-13 milyard dollar arasında olacaq.

Bu barədə qlobal təhlükələr modellərini tərtib edən RMS şirkətinin məlumatında qeyd edilib.

Sənədə əsasən, Kaliforniya ştatının şimalındakı “Camp” yanğını 7,5-10 milyard, cənubundakı Los-Anceles şəhəri yaxınlığındakı “Woolsey” yanğını isə 1,5-3 milyard dollara başa gələ bilər.

Rəqəmlər mülkiyyətə, o cümlədən alov və tüstü nəticəsində yetirilən ziyanı, təsərrüfat işlərinin dayandırılması üzündən yaranan ziyanı, yaşayış üçün çəkilən əlavə xərcləri ehtiva edir. Hazırda yanğınların tüğyan etdiyi ərazilər 100 min hektara çatıb, 12 minədək ev və qeyri-yaşayış sahəsi viran olub, 80 nəfər ölüb, 1276 isə itkin düşüb. Ştat ərazisində meşə yanğınları üzündən 300 mindən artıq sakin təxliyyə olunub, bunların 170 mini Los-Anceles dairəsinin payına düşür. Ümumiyyətlə, “Camp” yanğını Kaliforniya tarixində ən dağıdıcı yanğındır. (report.az)

Paylaş »
››› Bakıda qəribə olay: Vəkil qarşı tərəfi döyməkdə günahlandırılır
››› Doğuşlara qoyulan fantastik qiymətlər: Hansı günümüzə yaraşır?..
››› Boş verin heykəlləri-filan...
››› Sabiq biznesmen deputat Qarabağ qazisinə "pul atmaqda" ittiham olunur
››› Yas məclisi təşkil edən polis rəisinə yumruq vurub
››› Eldar Həsənova hökm oxunub
››› Hacı Zeynalabdin Tağıyev bu gün sağ olsaydı…
Son xəbərlər
Bütün xəbərlər »