Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Avtobus sürücüləri özlərini potensial terrorçu-kamikadze kimi aparır" - Dövlət qurumları aciz qalıb
Oktyabr ayının 1-də Binə qəsəbəsində "Ayşən"LTD şirkətinə məxsus 160 nömrəli avtobus qatarla toqquşdu və nəticədə 1 nəfər öldü, 34 nəfər isə yaralandı. Lakin həmin hadisənin üzərindən bir ay keçməsinə baxmayaraq yenidən anoloji hadisə yaşandı, 160 nömrəli avtobus həmin ərazidə qatarın gəlməsinə məhəl qoymayaraq təhlükəli vəziyyət yaratdı.

160 nömrəli avtobusun "Ayşən" LTD-dən alınıb, "Çinar" Trans şirkətinə verilməsi, yenidən həmin hadisənin yaşanması sürücülərin yol hərəkəti qaydalarını bilməməsi kimi qiymətləndirildi. Belə ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin yaydığı videogörüntülərdən açıq-aydın görünür ki, qatarların təhlükəsizlik qaydalarına tam şəkildə əməl edilir, xüsusi yol nişanı, şlaqbaum və həyəcan siqnalı işlək vəziyyətdədir lakin sürücülər qaydaları pozaraq özbaşınalıq edirlər.

Bəs belə olan təqdirdə, daha ağır qəzaların baş verməməsi üçün hansı tədbirlər görülməlidir?

Bununla bağlı Bizimyol.info-ya danışan yol nəqliyyat eksperti Elməddin Muradlı qeyd edib ki, avtobus sürücüləri potensial terrorçu-kamikadzeni xatırladır. Onlara təlim keçilməli və mədəniyyət öyrədilməlidir:

"Dəmiryol keçidlərinin qorunması, keçidlərdən istifadə qaydaları qarışıq məsələyə çevrilib. Sürücülərimizin əksəriyyəti bu qaydalardan xəbərsizdir. Çox az rastgəlinən bir situasiyadır lakin buna baxmayaraq bu qaydaları bilməlidilər. Xüsusən də avtobus sürücüləri hələ də interval xəstəliyindən azad ola bilmirlər, çalışırlar ki, sərnişinləri mənzil başına tez çatdırsınlar, intervaldan çıxmasınlar bu da sərnişindaşıma sahəsində neqativ hallara gətirib çıxardır.

Yayılan videonu izlədik, Bakı Nəqliyyat Agentliyinin yaydığı məlumata inandıq, lakin sonradan "Azərbaycan Dəmir Yolları" QSC-nin yaydığı görüntülərdən aydın oldu ki, orada başqa proseslər baş verib. Təəssüflər olsun ki, BNA-nın mətbuat xidməti mətbuatı və ictimaiyyəti yalnış yönə yönəltdi, məlumatı özlərinə sərf edən şəkildə - səhv verdi. Sonradan məlum oldu ki, dəmir yol mühafizə edilsə də sürücülər, eləcə də "Çinar Trans" şirkətinə məxsus 160 nömrəli avtobusun sürücüsü qaydalara məhəl qoymur.

Ordan keçən qatarların uzunluğu maksimum 100 metrdir və o qatarların oradan keçməsi maksimum 2 dəqiqə vaxt alır. 2 dəqiqəyə görə sürücülər niyə həyatlarını təhlükəyə atırlar? Görünür sürücülər yenidir, yolla tanış deyillər, bəlkə də bu sürücülərin canında, qanında olan başıpozuqluqdur ki, eyni səhvi təkrar edərək sərnişinlərin həyatını təhlükəyə atırlar.

Dəmir yollarının mühafizəsi deyəndə o demək deyil ki, keçidə tıxac vurulmalıdır, dəmir tutulmalıdır. Daha bundan artıq nə edilsin? Həyəcan siqnalı verilir, şlqabaum endirilir bu azmış kimi qatar da yüksək səslə siqnal verir. Əgər bütün bunlara məhəl qoymadan yenə qəza vəziyyəti yaradırlarsa demək o zaman elə dəmir tutulmalıdır keçidlərə, ağır tonnajlı kranlar qoyulmalıdır yola ki, keçə bilməsinlər.

Qatar nəhəng nəqliyyat vasitəsidir, onunla risk etmək olmaz. Sürücülərə təlim keçilməlidir, onlara mədəniyyət öyrədilməlidir, təhlükəsiz davranış qaydaları öyrədilməlidir. Avtobus sürücüsü özünü potensial terrorçu-kamikadze kimi aparmamalıdır".

Elməddin Muradlı sözlərinə əlavə edib ki, daşıyıcı şirkətlərin arxasında duran şəxslər dövlət qurumlarını aciz vəziyyətə salıb:

"3 ildir BNA yaradılıb, 3 ildi yazırıq, deyirlər bəli, biz də bilirik, daşıyıcı şirkətlərə öz tövsiyyələrimizi vermişik. Bunu keçmiş Nəqliyyat nazirliyi də deyirdi, siz də deyirsiniz ortada da dəyişən heç nə yoxdur. Daşıyıcı şirkətlər nə böyük məvhumdu axı belə?! Bu boyda dövlət qurumları daşıyıcıların özbaşınalıqlarının qarşısını ala bilmirlər. Dövlət Yol Polisi, Bakı Nəqliyyat Agentliyi, eləcə də digar aidiyyatı qurumları daşıyıcı şirkətlərin əlində aciz qalıblar. Hansısa özəl bir şirkət, cəmiyyətə, dövlətə bu qədər meydan oxuya bilməz! Buna kimsə şərait yaradır, buna kimsə imkan yaradır. Bunların arxasında kimsə dayanıb, deyib ki, irəli! Bunu araşdırıb kökünü kəsmək lazımdır".

Bizimyol.info

Paylaş »
››› Görüntülərin ünvanı bəlli oldu: "Bilmirik, bu uşaqla necə mübarizə aparaq" - Video
››› "Sonuncu dalğanı da yola salıb koronavirus məsələsini bitirəcəyik"
››› Müəllimləri hədələyən qalmaqallı şagird barədə DİN-dən açıqlama - Video
››› Arxasınca iki qadın “Sən getdin, elə bil dünya boşaldı” deyirdi... - İslam Rzayevi anırıq
››› "Bu, "Azəriqaz"ın çörəyinə bais olmaqdır.., yanan zibilə nə sayğac qoyacaqsan?"
››› 2022-ci ildə daşınmaz əmlak qiymətlərində hansı dəyişiklik gözlənilir
››› Azərbaycanda pensiyaya çıxma şərtləri yumşaldıla bilər
Son xəbərlər
Bütün xəbərlər »