Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu xəstəliyə gənclərin 85 faizində rast gəlinir
Yeniyetməlik dövründə bir çoxlarının üzündə sızanaqlar müşahidə olunur. “Akne” adı verilən bu xəstəlik bəzən uzun illər davam edir, müəyyən səbəblərdən yaşlı vaxtda da insanları narahat edir.

Bizimyol.info xəbər verir ki, Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında keçirilən seminar da məhz bu mövzuya həsr olunub.

Universitetin dermotovenerologiya kafedrasının dosenti Elşad Novruzov haqqında bəhs olunan xəstəliyin gənclər üçün daha aktual olduğunu bildirib: “Akne xəstəliyi irsi xarakter daşıyır. Dərinin normadan artıq yağlanması və hormonlarla bağlı olan bir xəstəlik əsasən gənclərdə təsadüf olunur. 12-25 yaş arası gənclərin demək olar 85 faizində sızanaqlara rast gəlmək mümkündür”.

Elşad Novruzov qeyd edib ki, akne xəstəliyinə universitet tələbələri arasında da rast gəlindiyindən, bu seminarın təşkilinə ehtiyac yaranıb. Maarifləndirmə xarakterli seminarda E.Novruzov akne xəstəliyinin mahiyyəti, profilaktikası, müalicə metodları haqqında danışıb. Akne ilə üzləşən gənclərə vaxtında həkim – dermatoloqa müraciət etmələri tövsiyə olunur. Sonda qeyd olunub ki, Tədris Cərrahiyyə Klinikasında ATU tələbələri üçün akne ilə bağlı pulsuz müayinə aparılır.

Ramid İbrahimov

Paylaş »
››› “Putin gözlənilməyən yerə hücum edəcək” - Siyahıda hansı ölkələr var?
››› Baş Prokurorluq "Ştutqart"-ın sahibi olan keçmiş deputatla bağlı cinayət işi açıb
››› Dolların bahalaşması təxirə düşdü: Dünyada baş verənlər manatı möhkəmləndirir...
››› Ət niyə bahalaşdı və ya "pulu kreditə ödəyək, yoxsa cəriməyə"...
››› Nazarbayev son çıxışında nələrə eyham vurdu: “Ola bilər, təhlükəsizlik zəmanəti alıb”
››› Hərbi geyimi qanunsuz şəkildə gəzdirən “qazi”lər, yaxud sosial şəbəkə “fenomen”ləri – “Adam “like” toplamaq istəyir, “qazi” adından istifadə edir”
››› Prezident İradə Gülməmmədovanı vəzifəsindən azad edib
Son xəbərlər
Bütün xəbərlər »