Bizimyol.info xəbər verir ki, saxlanılan cəbhəşilərə 400-500 manat cərimə, Əli Kərimliyə isə 2500 manat cərimə cəzası verilib.
İnzibati cərimə edilən şəxslər aşağıdakılardır:
1. Əli Kərimli- AXCP sədri, İnzibati Xətalar Məcəlləsinin 513.1, 513.2 maddələri –
2. Ramid Nağıyev- 513.2 AXCP təşkilat şöbəsi
3. Ruslan Əmirov-513.2 Əli Kərimlinin könüllü mühafizəçisi
4. Tahir Həsənov- 513.2 Suraxanı şöbəsi, Babək və Bəhruz Həsənovun qardaşı
5. Cavid İbrahimli- 513.2 Xətai şöbəsi
6. Sərdar Qubadsoy-513.2 Xətai şöbəsi
7. Ağababa Cəfərli-513.2 Masallı şöbəsi
8. Əlixan Rəcəbov- 513.2 Masallı şöbəsi, 2-ci qrup əlil
9. Ramiz Cəfərov- 513.2, Xətai şöbəsi
10. Fatimə Mövlamova- 513.2 bloger
11. Nurlan Libre-513.2 Kanal13 internet televeziyasının əməkdaşı
Qeyd edək ki, noyabrın 17-i saat 15 radələrində Dirçəliş günü ilə bağlı Şəhidlər Xiyabanına yürüş edən 60-70 nəfər AXCP üzvü arasında qarşıdurma yaranıb. Nəticədə, AXCP sədri Əli Kərimli və Milli Şura sədri Cəmil Həsənli də daxil olmaqla 52 nəfər ilə polis əməkdaşları tərəfindən saxlanılaraq Səbail Rayon Polis İdarəsinə aparılıb. Orada izahatı alındıqdan sonra 41 nəfər, o cümlədən Cəmil Həsənli sərbəst buraxılıb.
Rəşad VAQİFOĞLU