Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Brilliant Dadaşovanın oğlu: "Buna görə məni qayışla döydülər"
Xalq artisti Brilliant Dadaşovanın oğlu tədbirlərin birinə anası ilə birgə qatılıb.

Yenicag.az-ın suallarını cavablandıran Cahad şəxsi həyatından danışıb. O, evlənəndə öz seçiminə üstünlük verəcəyini deyib:

"Xaraktercə tez vurulan, amma tez də soyuyan adamam. Sevdiyim qızlara görə depressiyaya da düşmüşəm. Əvvəllər motoskletim vardı. Qızdan ayrılıb, depressiyaya düşəndə motoskletə oturub depressiyadan çıxırdım. Amma indi motoskletim yoxdur, elə depressiyadan çıxmaq çətin olur. Hazırda sevdiyim qız yoxdur, kimə vurulsam, onunla da evlənəcəm. Bəzən anam mənə evlənmək üçün tanıdığı qızları məsləhət görür. Məsləhət olar, məcburiyyət yox. Anam məni məcbur edə bilməz ki, o qızla evlənim".

Cahad valideynləri tərəfindən cəmi bir dəfə döyüldüyünü xatırlayıb:

"7-8 yaşım olanda yerdən siqaret tapdım, çəkəndə, atamla anam gördü. Onlar ikisi də buna görə məni qayışla döydülər".

Yol hərəkət qaydalarını tez-tez pozduğunu deyən xalq artistinin oğlu anasına görə ona hörmət olunmadığını da bildirib:

"Kəmər istifadə etməyəndə, qırmızı işığı keçəndə yol hərəkət qaydalarını pozuram. Demək olar ki, bunlara görə tez-tez cərimə ödəyirəm. Yol polislərinə kimin oğlu olduğumu demirəm, cəriməm olanda ödəyirəm".

Paylaş »
››› Ailə qurarkən bədən qoxusunun önəmi: "Bu, sizə gülməli gələ bilər, amma reallıqdır"
››› Hansı bürc hansı şəkildə təriflənməyi daha çox sevər
››› Sədərək Ticarət Mərkəzində qadınları necə aldadırlar...
››› Snopp Dogg Azərbaycan rejissorunun videosunu paylaşıb - Video
››› Ermənistan Prezidenti Armen Sarkisyan istefa verib
››› Azərbaycanda neft yataqları köhnəlir: Hasilatın azalması hansı problemlərə yol aça bilər?
››› Direktorların ucbatından minlərlə şagird tam orta təhsil ala bilmir
Son xəbərlər
Bütün xəbərlər »