Xəzər TV-niən məlumat verir ki, hadisə ötən gün Müşfiqabad qəsəbəsi yaxınlığındakı təlim mərkəzlərindən birində baş verib.
Videonu çəkən şəxsin sözlərinə görə, iki azyaşlılar həmin təlim mərkəzinin ərazisinə icazəsiz daxil olublar. Onlardan biri, Kənan Həsənov belinə tros bağlayaraq təlim üçün nəzərdə tutulmuş kanatla bir tərəfdən digərinə keçmək istəyib. Bu zaman azyaşlı kanatın ortasında ilişib qalıb.
O, trosun belini kəsdiyini görüb ayağına dolayıb ki, bədəninə zərər dəyməsin.
Yerdə olan digər azyaşlı isə Kənanın köməksiz vəziyyətdə qaldığını görüb, dərhal “112” zəng mərkəzinə məlumat verib. Hadisə yerinə gələn xilasedicilər azyaşlıya kömək ediblər.