Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bizim Market”lərin sahibinə 2 milyon "pul atan" ana-balaya HÖKM OXUNDU
“Bizim Market” mağazalar şəbəkəsinin sahibi Rasim Salmanova qarşı dələduzluq etməkdə təqsirləndirilən Sahib Quliyev və onun anası Həcər Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmünə əsasən Sahib Quliyev 11 il, Həcər Quliyeva isə 10 il 6 ay azadlıqdan məhrum edilib.

Qeyd edək ki, S.Quliyev “Bizim Market” şəbəkəsinin sahibi Rasim Salmanovun 2015-ci il dekabr ayının 17-də Bakı Şəhər Baş Polis İdarəsinə verdiyi şikayət ərizəsi əsasında saxlanılıb.

R.Salmanov şikayət ərizəsində yazıb ki, S.Quliyev onun 2 milyon manatdan artıq pulunu dələduzluq yolu ilə ələ keçirib. Eyni dələduzluq əməlində S.Quliyevin anası Həcər Quliyeva da təqsirləndirilir. R.Salmanov şikayət ərizəsində onu da qeyd edib ki, hər iki şəxs onun 2 milyon 116 min 300 manat pulunu dələduzluq yolu ilə ələ keçiriblər.

Sahib Quliyev ifadə verib. O, ifadəsində "Bizim Market"lər şəbəkəsinin maliyyə işlərinə nəzarət edərkən vergidən yayınma halları olduğunu deyib: “Şəbəkəyə 10 market daxil olub. Onların aylıq dövriyyəsi 7-8 milyon olsa da 4 milyon kimi göstərilirdi. Mən də şəbəkənin bank hesabından 2 milyondan artıq pul götürmüşəm. Buna görə təqsirliyəm. İstintaq vaxtı da 3 min manata yaxın pulu qaytarmışam”.

Hər iki şəxsə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Paylaş »
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Manatı nə gözləyir: "Hökumət inflyasiyanı önləmək imkanına malik deyil"
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› “Bu, Azərbaycanın Qarabağdan sonra ikinci qələbəsidir” - İran və Gürcüstanla razılaşma
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Türkiyədə İbrahimoviçə qəzəbləniblər
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
Son xəbərlər
Bütün xəbərlər »