Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda yaxalanan erməni diversanta görə Ermənistanda yolu bağladılar - Video
Ermənistanın Tavuş vilayətində yerləşən Berdavan şəhərinin sakinləri noyabrın 18-də yolu bağlayaraq, hakimiyyətdən 4 aydan bəri Azərbaycanda saxlanılan 34 yaşlı Karen Kazaryanın geri qaytarılmasını tələb ediblər.

Virtualaz.org Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, etirazçılarla Tavuş vilayətinin qubernatoru Vahe Kalumyan danışıqlar aparıb. O, insanları sakitləşdirərək izah etməyə çalışıb ki, hakimiyyət Kazaryanın geri qaytarılması üçün səylərini əsirgəmir.

Karen Kazaryanın anası deyib ki, onların etiraz aksiyası keçirməkdən başqa çarəsi yoxdur. “Mənim günahsız oğlumu Azərbaycanda diversant elan ediblər”, - o bildirib.

Dünən isə Berdavan sakinləri Gürcüstana gedən yolu bir neçə saat bağlı saxlayıblar.

Xatırladaq ki, diversant Karen Kazaryan iyulun 15-də Azərbaycan tərəfinə keçərkən saxlanılıb.

Paylaş »
››› Rusiyada dollar satışını dayandırıblar
››› Rubl ağır günlərini yaşayır: Azərbaycana hansı təsirləri olacaq?
››› Almaniyada qalıb yaşamaq istəyənlər necə davranmalıdır
››› "Mən bu şeiri sənin harana yazım" - Bakı Nəqliyyat Agentliyi milli fəlakətə çevrilib
››› Dünya bazarında Azərbaycan nefti bahalaşır: Halımıza nə təsiri olacaq?
››› "Ölüm yolu": İnsanların həyatına qənim kəsilən yolda niyə tədbir görülmür...
››› Qardaş ölkədə “çörək imtahanı”
Son xəbərlər
Bütün xəbərlər »