Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlı miqrantlar Almaniyada dinc durmur: restoranda insident, 2 nəfər yaralandı
Almaniyanın Türingiya federal torpağının Qota şəhərində 53 yaşlı azərbaycanlı miqrant qadını ağır yaralayıb.

Virtualaz.org xəbər verir ki, cinayətkar iki həmyerlisini - 43 yaşlı kişini və 35 yaşlı qadını restorana şam yeməyinə dəvət edib. Masa arxasında onlar arasında münaqişə baş verib və mübahisə qonaqlar restoranı tərk etdikdən sonra da davam edib.

Bundan sonra cinayətkar qonaqlarını tək qoyub və bir müddət sonra əlində blçaqla hadisə yerinə qayıdıb. O, Koburq meydanında qadını bıçaqlayıb və rəfiqəsini müdafiə etməyə çalışan kişini əlindən yaralayıb.

Azərbaycanlı qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb, indi onun həyatı təhlükə altında deyil.

Türingiya polisi cinayətkarı saxlayıb. Nə onun özünün, nə də qurbanlarının adları açıqlanmır. Hazırda fakt üzrə araşdırma aparılır.

Paylaş »
››› Sədərək Ticarət Mərkəzində qadınları necə aldadırlar...
››› “Trendyol” birbaşa Azərbaycana sifariş göndərəcək: Vasitəçilərin aqibəti necə olacaq?
››› Hansı bürc hansı şəkildə təriflənməyi daha çox sevər
››› Snopp Dogg Azərbaycan rejissorunun videosunu paylaşıb - Video
››› Putinin milyonçu etdiyi qohumu üzə çıxıb
››› Azərbaycanda neft yataqları köhnəlir: Hasilatın azalması hansı problemlərə yol aça bilər?
››› Direktorların ucbatından minlərlə şagird tam orta təhsil ala bilmir
Son xəbərlər
Bütün xəbərlər »