Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lars Olsen: “Azərbaycan qələbəni haqq etdi”

UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turunda Farer adaları millisi səfərdə Azərbaycana 0:2 hesabı ilə uduzub.

“Qafqazinfo” xəbər verir ki, oyundan sonra adalıların baş məşqçisi Lars Olsen mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Danimarkalı mütəxəssis öncə oyunla bağlı danışıb:

- Azərbaycanı təbrik edirəm. Bu gün daha yaxşı idilər və qələbəni haqq etdilər. Oyunu iki hissəyə bölmək olar.

Birinci hissədə Azərbaycan daha çox topla oynadı və biz müdafiə olunduq. Rəqibə çoxlu qol imkanı vermədik. Sadəcə, səhvlərdən iki qol buraxdıq. İkinci hissədə daha yaxşı oynadıq, ancaq Azərbaycan layiqli qələbə qazandı.

Qısa müddətdə həm Azərbaycana və Kosovoya qarşı iki oyun keçirmisiz və hər iki komandanı yaxşı tanıyırsız. Bu komandalar arasında son oyunda hansı daha şanslıdı?

- Kosovo bu gün 5:0 hesabı ilə qələbə qazanıb. Onlar evdə oynayacaqlar. Çox həyəcanlı oyun olacaq. Hər iki komanda qələbə qazana bilər. Priştinada oynamaq Azərbaycan üçün çətin olacaq.

Paylaş »
››› Pensiyasını almaq üçün cəsədi poçt şöbəsinə aparıblar
››› Rusiyada buzlu çaya girən qadın yoxa çıxdı - Video
››› NK karantin rejiminin dəyişməsi ilə bağlı qərarlar qəbul edib
››› Yanvarın 23-nə olan hava proqnozu
››› Yuxuda dəniz görmək nə vəd edir - Yuxuyozma
››› ABŞ-ın yeni hərbi yardımı Ukraynaya çatdırılıb
››› Sərnişin maska ​​taxmadığına görə, təyyarə yarı yoldan geri dönüb
Son xəbərlər
Bütün xəbərlər »