Salyan rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında “Ay işığı” ticarət mərkəzinin yaxınlığında qeydə alınıb.
Rayonun Stansiya yaşayış massivinin sakini, 1965-ci il təvəllüdlü İsmayılov Azər İsmayıl oğlu velosipedlə hərəkətdə olarkən onu minik avtomobili vurub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan velosipedçi Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.