Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Respublika üzrə ümumilikdə 120 minə yaxın pulsuz ağac tingi paylanılıb - Fotolar

Ekologiya və Təbii Sərvətlər Nazirliyinnin verdiyi məlumata görə, ölkə prezidentinin yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq “Hər ailə ağac əksin” devizi altında müxtəlif növ meyvə və həmişəyaşıl ağac tinglərinin paylanılması aksiyası bu dəfə bütün ölkə ərazisini əhatə edib.

17 noyabr 2018-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən keçirilən aksiya zmanı Gəncədə 2300, Sumqayıtda 2500, Şəkidə 3000, Şəmkirdə 2000, Tovuzda 2200, Qubada 2000, Şabranda 2300, Şirvanda 2200, Bərdədə 2000, Cəlilabadda 2200, Türkanda 2000 və Binədə 2500 ağac tingi paylanılıb.

“Bir şagird bir ağac əksin və qorusun” devizi ilə orta məktəblərdə keçirilən aksiyada isə məktəblərə 80 min ting verilib.

Ağac əkilməsinin təşviqi məqsədilə 9,12 və 17 noyabr 2018-ci il tarixlərində keçirilən aksiyalarda respublika üzrə ümumilikdə 120 minə yaxın müxtəlif növ ağac tingi paylanılıb.

İnanırıq ki, paylanılan ağacları vətəndaşlar və məktəblilər əkəcək, onlara qulluq edəcək və qoruyacaqlar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəsi payız əkini kampaniyalarına qoşulmağa, ağac əkməyə, ona qulluq etməyə və qorumağa çağırır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova

Paylaş »
››› Hicama terapiya hansı xəstəliklərin müalicəsində daha çox tövsiyə edilir?
››› Rusiya Çinə görə müharibə ideyasını təxirə salıb
››› Nazirlik telefonlara qarşı savaş açır: Tədrisə qayğı, yoxsa "güzgünü sındırmaq"
››› İslam şəriətində zinanın hansı növləri var...
››› Rusiyadan geriyə addım: Ukrayna ilə müharibə olmayacaq
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› İqlim dəyişikliyi bizə hansı qorxunc fəlakətləri vəd edir
Son xəbərlər