Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu, Fransanın həmsədr statusuna ziddir"

Əgər fransalı deputatlar özünü Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış separatçı rejimin “rəhbəri” kimi təqdim edən Bako Saakyanla görüşəcəklərsə, bu, Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq.

Bunu Trend-ə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Metyu Brayza B.Saakyanın Fransaya səfərini şərh edərkən deyib.

O bildirib ki, B.Saakyanın Fransaya səfəri özü-özlüyündə qeyri-adi hadisə deyil:

“O, ABŞ və Rusiyaya da səfər edib. Amma bu, nə Minsk qrupunun vasitəçilik səylərinə, nə də Azərbaycanın həmsədr ölkələri ilə münasibətlərinə təsir göstərib”.

M.Brayzanın sözlərinə görə, Azərbaycan hər üç ölkənin vacib tərəfdaşı, dostudur və əhəmiyyəti getdikcə artır:

“Əlbəttə, əgər Fransa hökuməti və parlamenti Saakyanı rəsmi şəxs qismində qarşılasa, bu, Azərbaycanla Fransa arasında münasibətlərdə gərginliyə səbəb ola bilər. Mən gözləmirəm ki, bu, baş versin. Amma bəzi parlamentarilər fərdi olaraq Saakyanla görüşə bilərlər ki, mən bunu yersiz və Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd hesab edirəm”.

Paylaş »
››› Yenə dünyanı güldürməyi bacardı: Türkmənistanda daha bir qadağa
››› Kremli ağır günlər gözləyir: Avropa Rusiyadan qaz asılılığına son qoyur
››› Sabiq deputatın mülklərinin siyahısı açıqlanıb - Başgicəlləndirən mənzərə
››› Müəllimin cəzalandırılması etirazla qarşılandı: "Düşünüb ki, elə sakit otursam, yaxşıdır"
››› 10 yaşlı Nərminin ölümü: "Meyiti götürən kimi atası yandırılan yeri qazıb, izlər itirilib"
››› Medvedev: Geri çəkilməyə yer yoxdur, “arxada Moskvadır”
››› Bakıda tikinti özbaşınalığı: Vətəndaşlardan pulu alıb binanı yarımçıq saxlayırlar
Son xəbərlər
Bütün xəbərlər »