Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bir il komada qalan şəxs: “3096-cı ildə yaşadım”

Pol Dineax adlı şəxs 1920-1921-ci illər arasında komada qalıb.

Bizimyol.info Ölkə.Az-a istinadən xəbər verir ki, Pol komada qaldığı müddət ərzində 3906-cı ilə getdiyini iddia edib.

O, bu barədə gündəliyinə yazıb. Dineaxın ölümündən sonra onun gündəliyini oxuyanlar heyrətə düşüblər.

Pol komadan ayılanda başına gələnləri danışmaq istəsə də, dəli damğası yeməmək üçün bu mövzunu sadəcə gündəliyinə yazıb. Alman dili müəllimi olan Pol bu iş üçün Yunanıstana gedir və vərəm xəstəliyinə yoluxur. Yenidən ölkəsinə qayıdanda vəziyyəti çox ağır olub və gündəliklərini özünə çox yaxın bildiyi bir tələbəsinə verir və tələbəsinin gündəlik sayəsində alman dilini daha mükəmməl öyrənəcəyi üçün bu işi edir.

Dineaxın tələbəsi isə gündəliyi oxuyanda əvvəlcə bunun roman olduğunu düşünüb. Amma sonradan bunların Polun başına gəldiyini başa düşüb şoka düşüb.

Dineax gündəliyində yatağa həbs edilməsinə rəğmən şüurunun 3906-cı ildə yaşayan Andre Nortman adlı bir şəxsin bədənində olduğunu yazıb. 3906-cı ildə yaşayan Andre ölümə yaxın bir qəza keçirib. Oyananda isə o dövr üçün başa düşülməyən dildə danışıb, ailəsini və dostlarını tanıya bilməyib. Onun danışdığı dil isə XX əsr alman dili olub.

Gündəliyə əsasən, 3906-cı ildə yaşayan insanlar o dövrün anlayışına görə, Nortmanın bədəninə başqa bir ruhun girdiyini və ya başqa bir gücün təsiri altında olduğunu anlayıblar. Hətta Dineaxdan faydalanaraq XX əsrin dünyası və alman dili haqqında məlumat əldə etməyə çalışıblar.

Gündəliyə əsasən, 3906-cı ildə “Homo Occidentalis Novus” adlı yeni insan irqi ortaya çıxacaq.

2000-2300-cü illər arasında bəşəriyyətin insan sayının artması, ekologiya problemləri, gəlirin ədalətsiz bölgüsü və qida çatışmazlığı kimi problemləri olacaq.

2204-cü ildə Marsda 20 milyon əhalisi olan koloniya qurulacaq.

2265-ci ildə isə böyük təbii fəlakət Marsdakı əhalini məhv edəcək.

Bundan sonra insanlar Marsda yaşamaq fikrindən birdəfəlik vaz keçirlər.

2309-cu ildə yığılmış və həll edilmiş problemlərlə birlikdə dünya başqa bir fəlakətə şahid olur və qlobal müharibə başlayır.

3400-4000-cü illərdə “Qızıl Dövr” adlı yeni dövrə qədəm qoyulacaq. Bu dövrdə insanlar məlumatı asanlıqla əldə edirlər. Düşüncə gücü ilə əşyaları hərəkət etdirmək çox asan olacaq.

İdarə edən insanlara ehtiyac duyulmayacaq. Amma yenə də hər demoqrafik bölgənin liderləri olacaq. Bu liderlər isə elm, fəlsəfə, mühəndislik və bir çox elm sahəsində eyni anda mütəxəssis olan insanlar arasından seçiləcək.

Paylaş »
››› Cavid Qurbanovun xətrinə qəbul edilən qanun: "Topaz" fəlakəti böyüyür...
››› "Uşaq məktəbdə reketlik edirsə, valideyni də öhdəsindən gələ bilmirsə, onda nə etməli..."
››› Mərkəzi Bankn valyuta məzənnələri
››› “Bir cənub şəhərində”: Sovet sisteminə qarşı çıxan Azərbaycan filmi...
››› Xarici vətəndaşlar Azərbaycanda daşınmaz əmlaka niyə pul xərcləmir?
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Skandinaviya ölkəsi Rusiyanın mümkün hücumunu dəf etməyə hazırlaşır
Son xəbərlər
Bütün xəbərlər »