Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“2pac: Əfsanə”nin premyera öncəsi nümayişi “CinemaPlus”da
Bakı, 29 iyul: “CinemaPlus Gənclik Mall” kinoteatrında 25 iyul tarixində günorta radələrində müxbirlər üçün məşhur rep musiqiçi Tupac Shakurun həyatına həsr olunmuş “2pac: Əfsanə” filminin press nümayişi, axşam isə eyni filmin premyera öncəsi nümayişi keçirilib.

Kinoteatrda əsl Nyu-Yorkun 90-ci illərin ab havası hiss olunurdu. Bütün foye Tupakın posterləri ilə bəzədilmiş, monitorlarda Tupakın şəkilləri yerləşdirilmişdir. Adi press stendin yerinə isə divarda Tupaka aid yazılar var idi. Qonaqlar üçün furşet və musiqi təşkil olunmuşdur.

Qonaqlar arasında Azərbaycanın rep mədəniyyətinin təmsilçiləri yer almışdır. Malik Kələntərli, L-mir, Abdul Muzzy, Nadeer, Anar Nagilbaz, Orxan Qarabasma, Qurd, Dado, Uran, həmçinin şou biznes ulduzları, məşhur jurnalistlər, bloqqerlər və iri təşkilatların sahibləri olmuşdurlar.

Nümayişin sponsoları: Pasifico Lounge+dining,, Avto Radio, tap.az vəTnt.

Filmin rejissoru Benni Bum. Filmdə baş rolları Demetrius Şipp k., Danay Cekesay Qurira Katerina Qrehem, Enni İlonze və başqaları ifa edib.

Qısa olaraq film haqqında: Rep əfsanəsi Tupak Şakurun dramatik həyatının əsas səhifələri. Dəfələrlə ittiham olunmuş və həbs edilmiş qaradərili getto, kriminal münaqişələrin iştirakçısı dünya rep mədəniyyətinin ən nüfuzlu simasına çevrilir.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.

Paylaş »
››› Çində uyğurların kütləvi saxlandığı yeni düşərgələr aşkar olunub
››› Dekabrın 15-dən sonra necə olacaq: İki dövlət qurumu döyüşür, zərbə xalqa dəyir...
››› Bir məmurun imzaladığı qərar on minlərlə vətəndaşın kabusuna çevrilib
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Soçidən gözləntilərimiz və ya bizi nə gözləyir?
››› Barmaq şaqqıltılarının əsl səbəbi
››› Milli ruhsuzların “Elitizm” xəstəliyi
Son xəbərlər
Bütün xəbərlər »