Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rəsmi Parisdən Bakının etirazına cavab

Fransa Dağlıq Qarabağ separatçı rejimini tanımır və özlərini onun rəhbərləri kimi təqdim edən şəxslərlə heç bir əlaqə saxlamır.

Bu barədə Fransa XİN nümayəndəsi rəsmi Bakının separatçı rejimin “rəhbəri” Bako Saakyanın Fransaya səfərinə etirazı ilə bağlı sualına cavab verərkən deyib.

“Fransa qondarma Dağlıq Qarabağ rejimini tanımır. Rəsmi Paris özünü onun başçısı hesab edənlərlə heç bir əlaqə saxlamır. ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi, Fransa münaqişənin sülh yolu ilə həll edilməsinə səy göstərir və öz missiyasını ədalətlə yerinə yetirir”, - qurumun nümayəndəsi deyib.

Xatırladaq ki, bundan əvvəl Azərbaycan XİN separatçı rejimin “rəhbəri”nin Fransaya səfərini qəti şəkildə qınamışdı.

“Fransa tərəfindən davamlı əsasda yürüdülən və ikili standartlara əsaslanan yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir”, - deyə XİN-nin məlumatında bildirilmişdi. (Oxu.az)

Paylaş »
››› Pensiyasını almaq üçün cəsədi poçt şöbəsinə aparıblar
››› Rusiyada buzlu çaya girən qadın yoxa çıxdı - Video
››› NK karantin rejiminin dəyişməsi ilə bağlı qərarlar qəbul edib
››› Yanvarın 23-nə olan hava proqnozu
››› Yuxuda dəniz görmək nə vəd edir - Yuxuyozma
››› ABŞ-ın yeni hərbi yardımı Ukraynaya çatdırılıb
››› Sərnişin maska ​​taxmadığına görə, təyyarə yarı yoldan geri dönüb
Son xəbərlər
Bütün xəbərlər »