Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Alman nazir: "Biz onları ölkələrinə geri göndərməliyik"

Almaniyanın Daxili İşlər naziri Horst Zeyehofer ölkə əyalətlərinin və federasiyanın daxili işlər nazirlərinin bu ayın sonunda Maqdeburqda keçiriləcək konfransının mövzularını açıqlayıb.

Almaniyada ağır cinayətlər törətmiş və milli təhlükəsizliyə təhdid yaradan qaçqınların Suriyaya deportasiyası məsələsi həmin mövzulardan biridir. Nazir bu gün jurnalistlərlə söhbətində deyib: “Bu məsələ nazirlikdə ciddi öyrənilir”.

Xatırladaq ki, qaçqınların Suriyaya qaytarılmasına müvəqqəti qadağanın müddəti bu ilin sonunda bitir.

Bavariyanın daxili işlər naziri Yoahim Herrman deyib: “Amansız zorakılıq, ağır bədən xəsarətlərinin yetirilməsi və zorlama halları olarsa, vəziyyət imkan verən kimi, biz miqrantları Suriyaya da göndərməliyik. Kim ki, belə əməllərlə məşğul olur, Almaniyada müdafiə olunmağa və yardım almağa ciddi ümid bəsləməməlidir”. (Axar.az)

Paylaş »
››› Sədərək Ticarət Mərkəzində qadınları necə aldadırlar...
››› “Trendyol” birbaşa Azərbaycana sifariş göndərəcək: Vasitəçilərin aqibəti necə olacaq?
››› Hansı bürc hansı şəkildə təriflənməyi daha çox sevər
››› Snopp Dogg Azərbaycan rejissorunun videosunu paylaşıb - Video
››› Putinin milyonçu etdiyi qohumu üzə çıxıb
››› Azərbaycanda neft yataqları köhnəlir: Hasilatın azalması hansı problemlərə yol aça bilər?
››› Direktorların ucbatından minlərlə şagird tam orta təhsil ala bilmir
Son xəbərlər
Bütün xəbərlər »