Çində telefonda çox vaxt keçirdiyi üçün əsəbiləşən cani ana 7 yaşlı qızını boğaraq öldürüb.
Cani ana qızının öldüyünü dərk etdikdən sonra könüllü olaraq polisə təslim olub.
Qadın polisə verdiyi ifadədə qızı ilə telefonda çox vaxt keçirdiyi üçün mübahisə etdikdən sonra həddindən artıq əsəbiləşdiyini və mətbəxdən ət bıçağı alaraq qızının topuğuna atdığını deyib.
Daha sonra kiçik qızın qaçmağa çalışdığı və anasının onun boynundan yapışaraq boğduğu öyrənilib. Qadının 1 il əvvəl həyat yoldaşından boşandığı, ancaq daha sonra övladları üçün yenidən evləndikləri qeyd olunub.
Rəsmi şəxslər azyaşlı qızın uzun zamandır anası ilə yaşadığını, atasının işə şəhər xaricində çalışdığını və hadisə anında evdə olmadığını açıqlayıb. (Moderator.az)