Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İclasdan qayıdan Putin yolüstü aptekə girdi

Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda iclasdan qayıdarkən yolüstü Puşkin rayonundakı əczaxanalardan birinə baş çəkib.

Prezidenti səhiyyə naziri Veronika Skvortsova və Peterburqun müvəqqəti qubernatoru Aleksandr Beqlov müşayiət edib.

Putin ilkin tibbi ehtiyac zamanı lazımi dərman vasitələrinin olub-olmaması və qiyməti ilə maraqlanmaq üçün aptekə gəldiyini bildirib. Əczaçı rayonun tarixi görünüşü səbəbindən burada aptekin olduğunu bildirən qırmızı xaç işarəsini qoya bilmədiklərindən şikayətlənib. Beqlov tezliklə məsələni yoluna qoyacağını söyləyib.

Prezidentin ətrafına toplanmış gənclərdən biri ona “Elə bildik, xəstələnmisiniz” deyib. Prezident isə cavabında “Yox, Allaha şükür” deyib. (Qafqazinfo.az)

Paylaş »
››› Cavid Qurbanovun xətrinə qəbul edilən qanun: "Topaz" fəlakəti böyüyür...
››› "Uşaq məktəbdə reketlik edirsə, valideyni də öhdəsindən gələ bilmirsə, onda nə etməli..."
››› Mərkəzi Bankn valyuta məzənnələri
››› “Bir cənub şəhərində”: Sovet sisteminə qarşı çıxan Azərbaycan filmi...
››› Xarici vətəndaşlar Azərbaycanda daşınmaz əmlaka niyə pul xərcləmir?
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Skandinaviya ölkəsi Rusiyanın mümkün hücumunu dəf etməyə hazırlaşır
Son xəbərlər
Bütün xəbərlər »