Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Məhkəmələrdə jurnalistlərə əngəllər yaradılır”
Baş redaktor Ali Məhkəmə sədri ilə görüşdə problemləri qaldırıb

Bahəddin Həziyev: “Bakı Ağır Cinayətlər məhkəməsində durum daha ağırdır”

“Mənim məhkəmə müxbirlərindən aldığım məlumata görə, məhkəmələrdə mediaya münasibət arzuolunan səviyyədə deyil. Bakı Ağır Cinayətlər Məhkəməsində bu anlamda durum daha ağırdır. Son bir həftədir ki, Bakı Ağır Cinayətlər Məhkməsində yeni qayda qoyublar ki, jurnalistlər məhkəməyə yalnız proses başlayan vaxt daxil ola bilər və iştirak etdiyi proses başa çatandan sonra dərhal məhkəmə binasını tərk etməli, növbəti prosesə qədər bayırda gözləməlidir”.

bizimyol.info portalının verdiyi məlumata görə, bunu bu gün Ali Məhkəmə sədri və hakim heyəti ilə aparıcı kütləvi informasiya vasələrinin rəhbərləri ilə görüşdə “Bizim Yol” qəzetinin və bizimyol.info portalının baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Bahəddin Həziyev öz çıxışında deyib. Baş redaktor bildirib ki, məhkəmə müxbirlərinin ona verdiyi məlumata görə, proseslərdə telefonla qeyd aparılmasına da imkan verilmir. Bu problemlərin həlli üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri ilə görüşmək də mümkün olmayıb.

Bahəddin Həziyev çıxışında daha sonra deyib: “Bir proses başa çatandan sonra jurnalistlərin binadan küçəyə çıxarılması onlar üçün ciddi çətinliklər yaradır. Yayın istisində, qışın soyuğunda jurnalistlər saatlarla növbəti prosesin başlanmasını gözləməli olur. Bundan başqa, mənə məhkəmə müxbirlərinin verdiyi məlumata görə, başqa məhkəmələrdə, xüsisilə də hərbi məhkəmələrdə açıq olan işlərə də jurnalistlərin iştirakına əngəl yaradılır”.

Bahəddin Həziyev bizimyol.info-ya bildib ki, Ali Məhkəmənin sədri bu deyilənləri qeyd edərək götürüb və bunun həll olunacağına söz verib.

Baş redaktor həmiçinin deyib ki, o, öz çıxışında bundan başqa müxbirlərin məhkəmlərdə rastlaşdıqları başqa hallara və tendensiyalara da diqqət çəkib: “Mən çıxışımda məhkəmələrdə izlənən tendensiyaları da bildirdim. Jurnakistlərin müşahidələri göstərir ki, hakimlər hökmlərdə daha çox azadlıqdan məhrumemə cəzasının seçilməsinə üstünlük veriblər. Ötən il cəzanın humanistləşdirilməsi ilə bağlı yeni cəza növü – azadlığın məhdudldlaşdırılması cəzası qanunverciliyə salınsa da, çox nadir hallard isifadə edilir. Bundan başqa məhkəmədə tərəflər – ittiham tərəfinin və müdafiə tərəfiinin bəabərhüquqlu olmasına və prosesi tərəflərin çəkişmə prinsipinə əsasən aparılmasına çox zaman əməl olunmur. Çox hallarda məhkəmənin ittiham tərəfinin (prokurorun) fikirlərinə üstünlük verdiyi hiss edilir. Jurnalistlərin mənə verdiyi məlumata görə, prokuror müdafiə tərəfinin vəsatətinə etiraz edibsə, 99 faiz təmin edilmir. Xüsusilə, siyasi xarakterli hesab oluna biləcək işlərdə məhkəmə ittiham tərəfi ilə daha çox hesablaşır. İstintaq dövründə təqsirləndirilənlər barədə daha çox həbs-qətimkan tədiri seçilir və məhkəmə dövründə də dəyişmir. Halbuki həbsə alternativ olaraq 10 qətimkan tədbiri var (girov, zaminlik, polis nəzarətinə vermə və s.). Mənim çıxışımda xüsusi olaraq vurğuladığım məsələlərdın biri də məhkəmə sənədlərinin dili ilə bağlıdır. Mən orda da dedim ki, bu, hansı dildirsə, Azərbaycan dili deyil. Dedim ki, son vaxtlar dövlət dilimizin qorunması ilə bağlı sənədlər qəbul edilib. Bunu məhkəmələr də nəzərə almalıdır, məhkəmə sənədlərinin dili anlaşıqlı olmalıdır. Bu gün bu dil çox mürəkkəb, çox hallarda anlaşılmazdır. Ali Məhkəmə sədri bu məsələyə də münasibət bildirərək dedi ki, nəzərə alınmalıdır; çünki hamı hüquqşünas deyil, hr kəs məhkəmə sənədlərini oxuyanda rahat anlaya bilmədlir”.

Bahəddin Həziyev bizimyol.info-ya onu da deyib ki, rəhbərlik etdiyi media orqanına çoxlu şikayətlər gəlir. Bunların bir çoxu məhkəmə qərarları ilə bağlı olur: “Mən razıyam ki, məhkəmələrin qərarlarından hamı razı ola bilməz. Çünki mülki işdirsə, burda tərəflərdən biri mütləq uduzur və narazı qalır. Cinayət işində də hökmdən ittiham olunan tərəflər əksər hallarda razı qalmır. Bu, təbiidir. Ancaq gərək işlərə ədalətli baxılsın. Məsələn, redaksiyamıza şikayət edən Qəbələ rayon Bum qəsəbə sakini Umarov İlqar Nəsir oğlunun üsləşdiyi problem də bu qəbildəndir. Ali Məhkəməyə müraciət edib, qanunla 3 ay ərzində baxılmalı olan işi hakim Qürbət Əsgərov yalnız onun özünə məlum olan sbəbdən 5 aydır ki, süründürür. Bununla bağlı Ali Məhkəməyə sorğu göndərəcəyik. Belə faktlar kifayət qədər çoxdur. Düşünürəm ki, bu məsələlər nəzərə alınmalıdır.

bizimyol.info

Paylaş »
››› Pensiyasını almaq üçün cəsədi poçt şöbəsinə aparıblar
››› Rusiyada buzlu çaya girən qadın yoxa çıxdı - Video
››› NK karantin rejiminin dəyişməsi ilə bağlı qərarlar qəbul edib
››› Yanvarın 23-nə olan hava proqnozu
››› Yuxuda dəniz görmək nə vəd edir - Yuxuyozma
››› ABŞ-ın yeni hərbi yardımı Ukraynaya çatdırılıb
››› Sərnişin maska ​​taxmadığına görə, təyyarə yarı yoldan geri dönüb
Son xəbərlər
Bütün xəbərlər »