Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qaçqınlarla bağlı məsələyə aydınlıq gətirildi
Qaçqın və məcburi köçkünlər əmək kitabçalarını itiriblər. Əmək kitabçası da qanunvericilikdə əsas sənəd kimi öz əksini tapıb. Ona görə də bunun üçün məhkəməyə müraciət edirlər. Onlar məhkəməyə müraciət edəndə birinci instansiya məhkəməsinin qərarı ilə məsələ yekunlaşmırdı. Lakin indi bu məsələ nazirin müvafiq əmri ilə tənzimlənir. Birinci instansiya məhkəməsinin qərarı nəzərə alınır.

Oxu.Az xəbər verir ki, bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial sığorta və pensiya siyasəti şöbəsinin müdiri Çingiz Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, 2006-cı ilin yanvarın 1-nə kimi sosial sığorta stajı qanunun 7-ci maddəsində qeyd edilən yaşa çatanlara münasibətdə əhalinin bütün təbəqələrini, o cümlədən qaçqın və məcburi köçkünləri əhatə edir.

O, qeyd edib ki, bu, çox önəmlidir:

“13 il ərzində fərdi hesabında pensiya kapitalı olan və pensiya yaşına çatan şəxslərin hamısına 25 il sosial sığorta yalnız 2006-cı ilin yanvarın 1-nə qədər olan dövr üçün təqdim edilir. Bu tarixdən sonra fərdi uçot aparıldığından kim fərdi uçot dövründə işləyibsə, pensiya kapitalı qazanılır. Təqdim olunan sosial sığorta stajına əlavə olunacaq”.

Paylaş »
››› Ziddiyyətli açıqlamalar: Evlər ucuzlaşacaq, yoxsa bahalaşacaq?
››› Orta statistik Azərbaycan ailəsi istirahətin nə olduğunu həyatı boyu bilməyəcək
››› "Deputatlar oldular, ya olmadılar.., heç bir fərqi yoxdur"
››› Ucuz və baha kolbasanın fərqi: "İçində ətdən başqa hər şey var"
››› Yuxuda ağlamağın yozumu nədir...
››› Sakit okeanda Tonqa krallığını sunami viran edib - Video
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »