Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İmişli “ASAN həyat” kompleksi barədə məlumat
22 oktyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İmişli “ASAN Həyat” kompleksinin açılışında iştirak edib.

İmişli “ASAN Həyat” kompleksinin tikintisinə 2017-ci ilin mart ayında başlanılmışdır. 2018-ci il ilin oktyabr ayında tikinti başa çatmışdır.

İmişli “ASAN Həyat” konsepsiyası İmişli “ASAN xidmət” mərkəzi ilə yanaşı, ictimai iaşə obyektlərinin istifadəyə verilməsini də nəzərdə tutur. Belə ki, vətəndaşlar operativ və gülərüz xidmətlə yanaşı, bu konsepsiyanın istirahət və əyləncə imkanlarından da istifadə edə biləcəklər. “ASAN Həyat” kompleksi vətəndaş rahatlığı üçün, həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən müxtəlif həlləri əhatə edir.

“ASAN Həyat” kompleksinin 4 mərtəbəli, ümumi sahəsi 10 min m² olan inzibati binasında aşağıdakı obyektlər vardır:

1. “ASAN xidmət”;

2. ASAN Kommunal;

3. “ASAN Peşə” məktəbi;

4. “ABAD ofisi;

5. ABAD Food Hall;

6. Teatr

7. Kafelər;

“ASAN xidmət” mərkəzində 11 dövlət orqanı, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 300-dən çox xidmət göstəriləcəkdir.

“ASAN həyat” kompleksi üçün ayrılan 1.5 hektar ərazidə park, diskoteka, uşaq meydançası, fontan və oturacaqlar, paintball sahəsi, avtodayanacaq və digər rayonlardan gələcək vətəndaşlar üçün avtobus dayanacağı yaradılıb.

İmişli “ASAN Həyat” kompleksinin yerləşdiyi ərazidə avtomobil və velosiped dayanacağı da yaradılıb.

İmişli “ASAN Həyat” kompleksi Heydər Əliyev prospekti 4 ünvanında yerləşir.

Paylaş »
››› Ziddiyyətli açıqlamalar: Evlər ucuzlaşacaq, yoxsa bahalaşacaq?
››› Orta statistik Azərbaycan ailəsi istirahətin nə olduğunu həyatı boyu bilməyəcək
››› "Deputatlar oldular, ya olmadılar.., heç bir fərqi yoxdur"
››› Ucuz və baha kolbasanın fərqi: "İçində ətdən başqa hər şey var"
››› Sakit okeanda Tonqa krallığını sunami viran edib - Video
››› Yuxuda ağlamağın yozumu nədir...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »