Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gələn il bu sahədə bahalaşma müşahidə olunacaq
Gələn ildən Vergi Məcəlləsinə ediləcək dəyişikliyə əsasən, aksiz vergisinin dərəcəsinin bütün avtomobillər üzrə artırılması nəzərdə tutulur.

Bizimyol.info-ya açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, istənilən mal və məhsullar üzrə gömrük rüsumlarının və verginin artması qiymət artımına paralel olur: “Gömrük rüsumunun və verginin artması qiymətlərə mütləq təsir göstərir. Aksiz vergi dərəcəsinin artması bahalaşmaya və bazarda durğunluğun yaranmasına səbəb olacaq”.

Ekspert qeyd edib ki, 2015-2016-cı illərdə avtomobil bazarında ciddi durğunluq müşahidə olunurdu: “Belə ki, xaricdən gətirilən avtomobillərin sayında kəskin azalma müşahidə olunmuşdu. Avtomobil bank kreditlərinin verilməməsi də bu sahədə ciddi problem yaratmışdı. Təkcə 2016-cı ildə ötən illərə nisbətən avtomobillərin ölkəyə idxalında 27 dəfə azalma müşahidə olunmuşdu.

Keçən ilin ortasından başlayaraq avtomobil bazarında canlanma müşahidə olunurdu. Avtomobil kreditlərinin verilməsi bərpa olundu. Gürcüstandan idxal olunan avtomibillərin sayından artım müşahidə olundu”.

N.Cəfərlinin sözlərin görə, indidən demək olar ki, gələn il tətbiq olunacaq aksiz vergi dərəcəsinin artması bu bazarda tənəzül olacaq: “Qiymət artımı avtombillərin idxalında və tələbatında azalmaya səbəb olacaq. Bu sahədə iqtisadi akitvliyə və alıcılıq qabiliyyətinə mənfi təsir göstərəcək”.

Ekspert bildirib ki, aksiz vergi dərəcəsinin artmasına alaternativ olaraq hibrid və elektriklə işləyən maşınları bütün vergi-rüsum və aksizlərdən azad edilməlidir: Nəticədə ölkənin avtoparkı yenilənərdi, ekoloji təmiz avtomobillərin sayı artardı. Dünyada buna bənzər qərar qəbul edən ölkələr var. Belə ki, benzin və dizellə işləyən avtomobillərin gömrük və vergi yükünü artırıb, əvəzində hibrid və elektriklə işləyən avtomobillərin ciddi təşviq siyasəti yürüdürlər.

Amma bu təşviq siyasətinin Azərbaycanda tətbiq olunmaması və aksiz vergi dərəcəsinin artması nəticəsində avtomobil bazarında çalışan rəsmi və qeyri-rəsmi minlərlə vətəndaşın gəlirinə, dolanışığına ciddi mənfi təsir göstərəcək”.

Ramid İbrahimov

Paylaş »
››› Sabiq deputatın mülklərinin siyahısı açıqlanıb - Başgicəlləndirən mənzərə
››› Müəllimin cəzalandırılması etirazla qarşılandı: "Düşünüb ki, elə sakit otursam, yaxşıdır"
››› 10 yaşlı Nərminin ölümü: "Meyiti götürən kimi atası yandırılan yeri qazıb, izlər itirilib"
››› Bakıda tikinti özbaşınalığı: Vətəndaşlardan pulu alıb binanı yarımçıq saxlayırlar
››› Onlayn, ya adəti üzrə nəzir qutuları… - Hansı daha güvənlidir?
››› Türkiyənin ilk kəşfiyyat gəmisi dünya gündəmində
››› Mərkəzi Bankın valyuta məzənnələri
Son xəbərlər
Bütün xəbərlər »