Bunu bizimyol.info-ya açıqlamasında sığorta eksperti İlkin İbrahimov bildirib.
Onun sözlərinə görə, 2019-cu il üzrə ümumiyyətlə sığorta sektorunu çətin vəziyyət gözləyir: “Ən böyük artımın baş verdiyi həyat sığortasında 50 faizdən də böyük azalma olacaq. Çünki fiziki şəxslərin gəlir vergisinin sıfırlanması və sosial ödənişlərin 10 faiz olması, üstəgəl 500 manata qədər sığortalanmaya icazə verilməsi və 300 milyondan çox olan həyat sığortasının azalması sığorta sektorunda daralmaya gətirib çıxarılması qaçılmazdır. Əlavə olaraq lizinqin qadağası, avtomobil idxalında rüsumun artırılması, könüllü sığortanın bahalaşmasının qaçılmaz olması bu sahənin inkişafının ləngiməsinə gətirib çıxaracaq amillərdəndir”.
Ekspert İlkin İbrahimov bildirib ki, stimullaşdırıcı amillər isə icbari tibbi sığortaya ayrılan maliyyə və aqrar sığortanın inkişafına yönələn hərəkətlər də bu sektorun növbəti il üçün aşağı göstəricilər əldə etməsinin qarşısını ala bilməyəcək: “Ümumiləşdirərək 2019 cu il sığorta sektoru üçün sığorta yığımlarında enmələrin müşahidə olunacağını görəcəyik”.
Ramid İbrahimov