Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sosial sığorta ilə bağlı bu dəyişikliklər olacaq
“Sosial sığorta haqqında” qanuna ciddi dəyişikliklər nəzərdə tutulur. “Sosial sığorta haqqında” qanuna məcburi dövlət sosial sığorta haqlarının hesablanması və ödənilməsinə nəzarətlə bağlı təklif edilən yeni əlavəyə görə, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sığorta haqqının qaytarılması Vergilər Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir.

Qanuna eyni zamanda sığorta haqqına cəlb edilən aylıq gəlirləri ilə qrafikə də əlavələr edilib.

Təklif olunana dəyişikliyə əsasən 200 manatadək maaş alan şəxsdən cəmi 25 faiz sosial sığorta tutulacaq ki, bu 25 faizin sığortaolunanın gəlirlərindən 3 faizi, 22 faizi isə sığorta edən tərərfindən ödəniləcək.

200 manatdan çox maaş alanların 10 fazini sığortaolunan, 15 faizini isə sığortaedən ödəyəcək.Qanuna eyni zamanda, muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcədə ödənilməsi təklif olunur. Sahibkarlıq fəaliyyəti üzrə- minimum aylıq əmək haqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında; -mülki hüquqi xarakterli müqavilələrlə işləyənlər üzrə ödəmə mənbəyindən tutulmaqla gəlirlərin 25 faizi miqdarında; -xüsusi notariuslar üzrə -minimum aylıq əməkhaqqının on mislinin 25 faizi miqdarında; -müəlliflik qonararı ödəyən hüquqi və fiziki şəxslər üçün ödəmə mənbəyindən tutulmaqla– hesablanmış qonarar məbləğinin 15 faizi miqdarında; -Vəkillər Kollegiyasının üzvləri, sərbəst auditorlar.

Sərbəst mühasiblər-gəlirlərinin 20 faizi miqdarında məcburi dövlət sosial sığorta ödəyəcək.

Qanuna təklif olunan dəyişikliklər 2019-cu ilin yanvarın 1-dən etibarən qüvvəyə minəcək.

Paylaş »
››› "Cütlüklərə zəng edirlər ki, boşanın, sizi evlə təmin edək" - "Qaçqınkom"-da nə baş verir...
››› Zelenski xalqa müraciət edib: "...Qaçmağa başqa yerimiz yoxdur"
››› Qazaxıstan XİN Tokayevin "xəbərdarlıq etmədən güllələmək" əmrini açıqlayıb
››› 67 ildir yuyunmur, ölü heyvan əti ilə qidalanır, amma tam sağlamdır - Foto
››› "Rusiya sovet hökümətinin varisidirsə, bu hadisə ilə də üzləşməli idi"
››› 20 Yanvar və Çin...
››› Yanvarın 21-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »