Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qafqazın ən böyük məscidinin həyətində laqeydlik - FOTO
Qafqazın ən böyük məscidi paytaxt Bakıda inşa olunub. Belə böyüklüyündə ibadət evinin ölkəmizdə olması təqdir olunandır. "Heydər" məscidi təkcə böyüklüyü ilə deyil, həm də görünüşü ilə göz oxşayır.

Dini məbədin qarşısında geniş ərazi ayrılıb ki, buraya insanlar eyni zamanda istirahət etmək üçün gəlirlər. Həmin ərazidə skamyalar yerləşdirilib və 2 böyük hovuz inşa olunub. Lakin bir məqama toxunmaq yerinə düşərdi. Belə ki, insanların istirahəti üçün ayrılan hissədə zibil qabları gözə dəymir. Bu isə məscidin həyətini baxımsız vəziyyətə sala bilər. Hovuz ətrafında və skamyalarda əyləşən insanlar əllərindəki su butulkalarını, sellofanları və ya digər tullatıları atmağa zibil qabı tapmır. Yalnız məscidin ərazisindən bir qədər kənarda zibil qabı yerləşdirilib. Ətrafın qeydinə qalan insanlar həmin yerə qədər əllərindəki tullantını məscid önünə atmır, amma bunun əksini edənlər də az deyil.

Əsayiş keşikçiləri isə insanlara tumla (semiçka) məscidin həyətinə daxil olmamaq barədə xəbərdarlıq edir. O da ki, kiminsə əlində tum gözlərinə dəyərsə...

Ətrafı çirklənməkdən belə qorumaq mümkündürmü? Əlbəttə, xeyr. Nəzərə alsaq ki, oraya hər gün xeyli sayda insan gəlir, bunun üçün deyildiyi kimi, məscidin həyətinə mütləq zibil qabları yerləşdirməlidir.

Ümid edək ki, məsələ həllini tapar.

Xatırladaq ki, bundan öncə də mətbuatda sözügedən mövzuya toxunulub. Amma hələ ki, zibil qabı problemi aradan qaldırılmayıb.

Samir Mirzə

[gallery size="large" ids="11905,11906,11907,11908">

Paylaş »
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Gürcüstanda qətlə yetirilən gəncin soydaşımız olduğu məlum olub
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
››› Bayden: "Mən heç bir qırmızı xətt tanımıram"
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »