Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NBC: Fətullah Gülən ABŞ-dan qovula bilər

Ağ ev Fətullahçı Terror Təşkilatının (FETÖ) rəhbəri Fətullah Gülənin ölkədən qovulması imkanlarını nəzərdən keçirir.

Bu barədə NBC telekanalı hökumətdəki mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, Donald Tramp administrasiyası F. Gülənin ölkəni tərk etməsinin ABŞ-Türkiyə münasibətlərinin yaxşılaşmasına kömək edəcəyini düşünür.

Bununla da Vaşinqton Ankaranı jurnalist Camal Kaşıkçının qətli üzündən Səudiyyə Ərəbistanı ilə diplomatik qarşıdurmada daha loyal mövqe tutmağa inandıra biləcəyini düşünür.

NBC-nin məlumatına görə, Ağ ev müvafiq qurumlara Gülənin ABŞ-dan qovulmasının əsaslarını araşdırmağı tapşırıb. Ədliyyə Nazirliyinə və Mərkəzi Araşdırmalar Bürosuna Türkiyənin Gülənin ekstradisiyası ilə bağlı sorğusuna baxılması prosesini sürətləndirmək göstərişi verilib.

Xatırladaq ki, Ankara Güləni və onunla əlaqəli olan FETÖ təşkilatını 2016-ci dövlət çevrilişinə cəhddə ittiham edir. (Oxu.az)

Paylaş »
››› Bakıda qəribə olay: Vəkil qarşı tərəfi döyməkdə günahlandırılır
››› Doğuşlara qoyulan fantastik qiymətlər: Hansı günümüzə yaraşır?..
››› Boş verin heykəlləri-filan...
››› Sabiq biznesmen deputat Qarabağ qazisinə "pul atmaqda" ittiham olunur
››› Hacı Zeynalabdin Tağıyev bu gün sağ olsaydı…
››› Eldar Həsənova hökm oxunub
››› Böyük Britaniya Rusiyanın qonşuluğuna ordu toplayır
Son xəbərlər
Bütün xəbərlər »