Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-ın müharibələrə nə qədər pul xərclədiyi hesablandı

ABŞ 2001-ci ildən etibarən hərbi sahəyə 5,9 trilyon dollar xərcləyib.

Bu barədə Braun Universitetinin professoru Neta Kraufordun araşdırmasında bildirilir.

Alim apardığı tədqiqatda təkcə Pentaqonun deyil, həmçinin ABŞ Dövlət Departamentinin xərcləri, eləcə də, müharibə veteranlarına xərclənən vəsait, müharibəyə görə borcun faizləri və terrorla mübarizəyə xərclənən pulları hesablayıb.

Krauford qeyd edir ki, ABŞ 2023-cü ilə qədər müharibələrdə iştirakını dayandırsa, həmin zaman ölkə artıq 6,7 trilyon dollar xərcləyəcək.

Xatırladaq ki, bundan əvvəl Pentaqon ABŞ-ın hərbi xərclərinin 1,7 trilyon dollar olduğunu bəyan etmişdi.

Krauford araşdırmasında qeyd edib ki, ABŞ-ın həyata keçirdiyi hərbi əməliyyatlar 380 min insanın həyatına son qoyub. Onlardan 244 min nəfəri dinc sakindir. On milyona yaxın insan öz evini tərk etməyə məcbur olub. (Oxu.az)

Paylaş »
››› Bürclərin geyim zövqü: Kim necə geyinməyə üstünlük verir...
››› Emin Əmrullayevin Misir Mərdanovdan fərqi: Örtülü bazardan açıq bazara keçid
››› "Onlar bu addımı çarəsizlikdən atırlar" - Həyatımız necə zəhərə çevrilir
››› "Gözü ilə görmüş olsa da, sübut edə bilmədi" - Azərbaycanda təhlükəli biznes növü
››› Hicama terapiya hansı xəstəliklərin müalicəsində daha çox tövsiyə edilir?
››› Rusiyanın ən çox qorxduğu silah: "Baha başa gələr"
››› Rusiya Çinə görə müharibə ideyasını təxirə salıb
Son xəbərlər
Bütün xəbərlər »