Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sürücülərin nəzərinə: Sabah bu avtomobil sahibləri cərimələnə bilər
Bu günədək avtomobillərini texniki baxışdan keçirməyən avtomobil sahibləri inzibati məsuliyyətə cəlb olunacaqlar.

Oxu.Az xəbər verir ki, xarici dövlətlərin baza modeli əsasında istehsal olunan minik avtomobillərinin texniki baxış müddəti iyul ayının 31-də başa çatır.

Bu səbəbdən nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə edən avtomobil sahibləri avqustun 1-dən inzibati məsuliyyətə cəlb olunacaqlar. Buna görə fiziki şəxslərə 50 manat, vəzifəli şəxslərə 100 manat, hüquqi şəxslərə isə 300 manat məbləğində cərimə tətbiq ediləcək.

Qeyd edək ki, mövcud qaydalara görə, minik avtomobilləri 1 may - 31 iyul tarixləri aralığında texniki baxışdan keçməlidir. Qanunvericiliyə əsasən, minik avtomobilləri istehsal olunduğu vaxtdan hesablanmaqla 5-ci, 7-ci, 9-cu, 11-ci ildə, ondan sonrakı müddətdə isə hər il texniki baxışdan keçirilməlidir.

Yük avtomobilləri və avtobuslar 1 avqust - 31 oktyabr tarixləri aralığında texniki baxışdan keçirilməlidirlər.

Paylaş »
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Yol polisindən növbəti xəbərdarlıq və ya hökumətin işləməyən qərarı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
››› "Görüntünü mühakimə etdikdə mahiyyət kənarda qalır"
Son xəbərlər