Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
I qrup Qarabağ qazisinin 40 mərasimi keçirilib - Fotolar
Bu gün “Qarabağ qaziləri” İctimai Birliyinin sədri, ölkənin tanınmış ictimai xadimi, 1-ci qrup Qarabağ qazisi Etimad Əsədovun vəfatından 40 gün keçir.

Bizimyol.info xəbər verir ki, ağciyər xərçəngindən əziyyət çəkən E.Əsədovun yas mərasimində döyüş yoldaşları, dostları, siyasi xidmətlər və mətbuat nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Əsədov Etimad Savalan oğlu 1963-cü ilin 20 dekabrında Ağdam rayonunun Paprəvənd kəndində anadan olub. 1970-1980-cı illərdə həmin kənddə orta məktəbi bitirib. 1982-1984-cü illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.

SSRİ dövründə Rusiyada yaşayıb və müxtəlif işlərdə çalışıb.

1991-ci ildə erməni işğalına qarşı döyüşmək üçün Azərbaycana qayıdıb. 836 saylı Ağdam Ərazi Özünümüdafiə batalyonunda erməni işğalçılarına qarşı döyüşüb. 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşdə ağır yaralanıb. Bir ayağını itirib.

1993-cü ildən Qarabağ Əlillər Cəmiyyətinin, 2002-ci ildən isə “Qarabağ qaziləri” İctimai Birliyinin sədridir.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »