Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Gəncədə və Şəmkirdə yeyib-içən deputatlar bilməlidir ki...”
“Milli Məclisin deputatının etik davranış qaydaları haqqında” qanuna dəyişikliklərin II oxunuşda müzakirəyə çıxarılıb. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Milli Məclisin İntizam Komissiyasının tərkibi ilə bağlı deputatların təklifinə baxılıb. Komissiyanın tərkibinin 9-dan 11 nəfərə çatdırılması qərara alınıb. İclasın baş tutması, yetərsay üçün üçün 7 nəfərin iştirakı məqbul hesab edilib”.

O, millət vəkillərinin iclaslarda ancaq Azərbaycan dilində çıxış etməsi təklifinə də toxunub: “Bu məsələ Konstitusiyamızda öz əksini tapıb. Yəni, başqa dillərdə danışmaq məsələsi orada istisna olunmur. Yəni, bu təklif məqbul sayılmayıb”.

Bundan başqa, "Milli Məclisin deputatının etik davranış qaydaları haqqında” qanunun 10-cu maddəsinə edilən dəyişikliklərə görə, deputat vəzifəsinin icrası ilə əlaqədar ümumi məbləği 55 manatdan yüksək olan hədiyyə qəbul edə bilməz.

Deputat Çingiz Qənizadə ixlaslarda işirakla bağlı deputatları tənqid edib:

“Bəzi hallarda demək olmur, jurnalistlər başqa cür yozur. Müəyyən vaxtlarda texniki işçilər Milli Məclisdə qanun layihələrinin qəbulu zamanı səs verirdilər. Bu, parlamentin nüfuzuna xələl gətirir. Doğru olaraq, Konstitusiyaya salındı ki, deputat özü şəxsən səs verməlidir. Kimsə texniki işçiyə arxayın olub parlamentin iclasında iştirak etməyib şəxsi işi ilə məşğul olursa, birdəfəlik şəxsi işi ilə məşğul olmalıdır. Statusumuza uyğun olaraq bu qanuna dəyişikliyi müdafiə etməliyik”-deyə, deputat əlavə edib.

Ç.Qənizadə Milli Məclisin plenar iclaslarının ikinci hissəsində iştirak etməyən deputatları tənqid edib.

“Bəziləri saat 12:00-da Milli Məclisin plenar iclasına gəlir, saat 14:00-dan-fasilədən sonra iclası tərk edir. Həmin vaxt Gəncədə və Şəmkirdə yeyib-içən deputatlar bilməlidir ki, saat 16:00-da yenidən Milli Məclisdə olmaq lazımdır. Burada bəhanə axtarmağa ehtiyac görmürəm”.

Deputat İlham Əliyev Ç.Qənizadəyə cavab olaraq deyib ki, hər kəs özünə cavabdehdir.

“Deputat plenar iclasın birinci hissəsində qeydiyyatdan keçərək iştirak edir, ikinci hissədə üzrlü səbəbdən iştirak edə bilmirsə, bunu Milli Məclisə necə bildirməlidir? Bəzən elə olur ki, tədbirlərə dəvət oluruq, bu tədbirlər də adətən günün ikinci hissəsində olur. Kimin ikinci hissədə harada iştirak etməsinin kiməsə aidiyyatı yoxdur. Hər bir deputat özünə cavabdehdir”.

Oqay Əsədov: “Xəbərdarlıq edirsən, nəticə olmur”

Parlamentin sədri Oqtay Əsədov deyib ki, buradan hər kəsi yaxşı görür: “Plenar iclas keçirilən günün birinci yarısında burada olanların 30 faizi ikinci hissədə iştirak etmirlər. Bunu elan etməli deyiləm axı...”

Spiker qeyd edib ki, hər bir deputat iclasda iştirak etməlidir: “Elə deputatlar var ki, günün ikinci yarısında iclasda iştirak etmir. Xəbərdarlıq edirsən, nəticə olmur. Buna son qoymaq üçün günün ikinci yarısında da qeydiyyat aparılmasını təklif edirsinizsə, edərik”.

“Deputatlar gəlir deklorasiyası verməlidir”

Deputatı Əflatun Amaşov deyib ki, hədiyyə məbləği kifayət qədər azdır. “Çünki başqa ölkələrdə bu rəqəm daha böyükdür. Biz gərək “Korrupsiya haqqında” qanunda bu rəqəmi dəyişək, məhz orada həmin rəqəmin artırılması ilə bağlı təklif irəli sürək. Belə olsa, problem öz həllini tapacaq”.

O bildirib ki, maraqların toqquşmasının qarşısının alınması məsələsi çox vacibdir.

“Heç bir deputat səlahiyyətlərinin icrası çərçivəsində statusundan öz maraqları üçün istifadə etməməlidir. Xidməti vəzifəsinin icrası ilə maraqları arasında ziddiyyət yarandıqda maraqlarından imtina etməlidir.

Burada deyilənlər başqa ölkələrdə çoxdan, daha sərt şəkildə qəbul olunub. Böyük Britaniyada elə ola bilər ki, deputat parlamentin yeməkxanasında xərclədiyi pulun hesabatını verməlidir. Almaniyada deputat cinayətdə ittiham edilirsə, o, iclas zalında həbs olunur. Elə ölkələr var ki, deputat seçiciləri ilə görüşməsə, onlarla kobud davransa, ictimai yerdə özünü qeyri-etik aparsa, hətta parlamentdə çıxış etməsə, onu çox ağır cəza gözləyir”.

Əflatun Amaşov deputatların gəlir deklorasiyası haqqında qanun qəbul edilməsini təklif edib.

“Hesab edirəm ki, qanun layihəsini hazırlayarkən Əli Hüseynlinin rəhbərlik etdiyi Hüquq siyasəti və dövlət quruculuğu komitəsi beynəlxalq təcrübəni öyrənib. Beynəlxalq təcrübədə gəlir deklorasiyası əsas şərtlərdən biri kimi göstərilib. Gəlir deklorasiyasının tətbiqini bu dəfə də olmasa, gələn dəfə gündəmə gətirək və qəbul edək. Bunun üçün qanunvericilik bazamız da mövcuddur”.

“Sabah gəlib oturdu parlamentdə, onlar hansı dildə danışmalıdır?”

Deputatı Siyavuş Novruzov da deyib ki, Milli Məclisin etik davranışları ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı ən çox irad tutulan məsələ deputatların günün ikinci yarısında plenar iclaslarda iştirak etməməsi ilə bağlıdır.

“Məgər günün ikinci hissəsində qəbul olunan qanunlar eyni çəkiyə malik deyil? Əgər hansısa deputatın tədbiri və ya iştirak etməmək üçün səbəbi varsa, bu barədə məlumat verməlidir.

Qanun layihəsinin müzakirələrində deputatların yalnız Azərbaycan dilindən istifadə etməsi məsələsinə toxunan S.Novruzov söyləyib ki, dil məsələsi Milli Məclisin Daxili Nizamnaməsində göstərilib: “Dövlət dili Azərbaycan dilidir və iclaslar da bu dildə getməlidir. Lakin digər xalqların nümayəndələri də başqa dildə danışa bilər. Sabah biz Dağlıq Qarabağı azad etdik, ermənilərlə bərabər yaşamalı olduq və onların 8-i gəlib oturdu parlamentdə, onlar hansı dildə danışmalıdır? Seçilib gəlib burada iştirak edirsə, o zaman ona da hüquq verilməlidir ki, yaşadığı ölkənin vətəndaşı olmaqla yanaşı, öz dilində danışsın. Azərbaycanlı olub bu dili bilməyənlər məcbur olub danışmalıdırlar. Qalan insanları buna məcbur etmək olmaz”.

S. Novruzov deputatların hədiyyə almaq məsələsinə gəlincə, söyləyib ki, bu, ABŞ-da və digər ölkələrdə də movcuddur: “Burada söhbət hansısa nümayəndənin verdiyi hədiyyədən gedir. ABŞ-da deputat 300 dollardan aşağı verilən hədiyyəni evinə apara bilər. Əgər 300 dollardan yuxarıdırsa, o parlamentdə qalmalıdır. Biz bunu müəyyənləşdirəndə o zaman manatla avro eyni idi. Həmin dövrdə 50 manat 70 avro idi. Amma bu gün 35 avrodur. Daxili səbəblərimizdən asılı olmayaraq, bu 1 avro da ola bilər. O baxımdan qanuna düzəliş edilməlidir”.

Spiker Oqtay Əsədov deputatın dillə bağlı qaldırdığı məsələyə toxunub: “Kimliyindən asılı olmayaraq, Azərbaycan dilini bilib parlamentdə oturmalıdır. Kim Azərbaycan dilini bilmirsə, gəlib burada oturmasın”.

Müzakirələrdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Görüntülərin ünvanı bəlli oldu: "Bilmirik, bu uşaqla necə mübarizə aparaq" - Video
››› "Sonuncu dalğanı da yola salıb koronavirus məsələsini bitirəcəyik"
››› Yenə dünyanı güldürməyi bacardı: Türkmənistanda daha bir qadağa
››› Müəllimləri hədələyən qalmaqallı şagird barədə DİN-dən açıqlama - Video
››› Arxasınca iki qadın “Sən getdin, elə bil dünya boşaldı” deyirdi... - İslam Rzayevi anırıq
››› "Bu, "Azəriqaz"ın çörəyinə bais olmaqdır.., yanan zibilə nə sayğac qoyacaqsan?"
››› Azərbaycanda pensiyaya çıxma şərtləri yumşaldıla bilər
Son xəbərlər
Bütün xəbərlər »