Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qaçqınkom”un sədr müavini işdən azad edildi
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov vəzifədən azad edilib.

Bu barədə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadovun vəzifədən azad olunması haqqında müvafiq sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Sabir Əhmədov Dövlət Komitəsinin sədr müavini təyin olunub. O, bu təyinata qədər Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, bu barədə ilk informasiyanı Modern.az saytı yayıb.

Paylaş »
››› “Putin gözlənilməyən yerə hücum edəcək” - Siyahıda hansı ölkələr var?
››› Baş Prokurorluq "Ştutqart"-ın sahibi olan keçmiş deputatla bağlı cinayət işi açıb
››› Dolların bahalaşması təxirə düşdü: Dünyada baş verənlər manatı möhkəmləndirir...
››› Ət niyə bahalaşdı və ya "pulu kreditə ödəyək, yoxsa cəriməyə"...
››› Nazarbayev son çıxışında nələrə eyham vurdu: “Ola bilər, təhlükəsizlik zəmanəti alıb”
››› Dünyanın ən bahalı evi hərraca çıxarılıb - Foto
››› Prezident İradə Gülməmmədovanı vəzifəsindən azad edib
Son xəbərlər
Bütün xəbərlər »