Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vahid Əhmədiv: “Nazir şəhid ailələrini qəbul etsin”
Deputat Vahid Əhmədov Milli Məclisin qarşısına şəhid ailələri toplaşdığını deyərək, spiker Oqtay Əsədovdan belə bir xahiş edib:

“Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə deyin bu adamları bir-bir qəbul etsin. Birdəfəlik izah esin ki, bu adamlara “qanpulu” düşür, ya yox. Yoxsa, bu adamlar bizim hər dəfə qarşımızı kəsirlər, yalvarırlar, xahiş edirlər. Bu məsələni həll etmək lazımdır. Lazımdırsa, bununla bağlı bir komissiya yaradaq və biz məşğul olaq”.

Vahid Əhmədov qeyd edib ki, nazir o adamlarla görüşə bilmirsə, vaxtı yoxdursa, bu başqa məsələ.

“Bu, birbaşa olaraq, Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinə aid olan məsələdir. Məsələni də axıra çatdırmaq lazımdır. Oqtay müəllim, xahiş edirəm bu məsələ ilə bağlı tapşırıq verin”.

Qeyd edək ki, prezidentin fərmanına əsasən şəhid ailələrinə verilən 11 min manat birdəfəlik yardımın verilməsi ilə bağlı problem yaramdığı üşün şəhid ailələri dəfələrlə parlamentin və Prezident Administrasiyasının qarşısında aksiya keçiriblər.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Ailə qurarkən bədən qoxusunun önəmi: "Bu, sizə gülməli gələ bilər, amma reallıqdır"
››› Hansı bürc hansı şəkildə təriflənməyi daha çox sevər
››› Snopp Dogg Azərbaycan rejissorunun videosunu paylaşıb - Video
››› Sədərək Ticarət Mərkəzində qadınları necə aldadırlar...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ermənistan Prezidenti Armen Sarkisyan istefa verib
››› Azərbaycanda neft yataqları köhnəlir: Hasilatın azalması hansı problemlərə yol aça bilər?
Son xəbərlər
Bütün xəbərlər »