Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müğənni Zenfira jurnalistə hücum çəkdi: “Səni vuraram”
Müğənni Zenfira İbrahimova tədbirlərdən birində jurnalistə hücum edib.

Dərgi.az xəbər verir ki, ötən gün klip təqdimatında Z.İbrahimova onu yazısında tənqid edən jurnalist Pərviz Hüseynlə qarşılaşıb.

Bu zaman ifaçı onu söhbət etmək üçün bayıra çağırıb. Zenfira Pərvizə, “Sən mənim haqqımda “facebook” statusunda “Yıldız Tilbe hara, sən hara?” yazmısan. Məni təhqir etmisən. Səni vura bilərəm. Vuraram uçarsan. Xəbəri də düz yazmamısan, onu sil!” deyib.

Jurnalist də ona cavabında, “Mən gördüklərimi yazmışam. Heç nə silən deyiləm. Yıldız Tilbenin konsertində 2 mahnı oxudunuz, camaat da narazı idi ki, biletə pul verib Yıldıza qulaq asmağa gəliblər. Mən də gördüyüm və eşitdiklərimi yazmışam. “Facebook”da da öz şəxsi fikrimi bildirmişəm. Haqsız deyiləm ki, Yıldız Tilbe hara, siz hara?”

Ətrafda olan jurnalistlərin sayəsində münaqişə fiziki gücə keçmədən bitib. Əldə etdiyimiz məlumata görə, bu mübahisə bir müddətdir ki, davam edir. Hətta Zenfiranın həyat yoldaşı jurnalisti hədələyib, təhqir dolu mesajlar göndərib.

Son xəbərlər
Bütün xəbərlər »