Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azəriqaz"ın əməkdaşları əhalidən qeyri-rəsmi qaydada pul tələb edir? - Açıqlama

"Qaz sayğacına müdaxilə edilib adıyla, kütləvi şəkildə cərimələr yazılır, "fakt" "Azəriqaz"ın öz işçiləri tərəfindən imzaladıqları "akt"la öz "təsdiqini" tapır. "Uydurma fakt" ortaya çıxdıqdan dərhal sonra mənzilə təbii qazın verilməsi dayandırılır, əhalidən qeyri-rəsmi pul tələb olunur ki, qazın verilişi bərpa olunsun".

Bizimyol.info xəbər verir ki, bu məlumat sosial şəbəkələrdə kütləvi şəkildə yayılır və çoxsaylı istifadəçilər tərəfindən təsdiqlənir.

Məsələ ilə bağlı Bizimyol.info-ya danışan “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev təmsil etdiyi quruma bu barədə heç bir şikayət və müraciətlərin daxil olmadığını bildirib:

"Bu barədə çox sözlər yazılır, hər kəs öz fikrini ifadə edir amma kimsə konkret olaraq fakt üzrə "Azəriqaz"ın idarəetmə aparatına heç bir müraciət edilməyib. Ümumi olaraq belə bir hal kütləvi deyil. "Azəriqaz" İB olaraq mütəmadi reydlər təşkil edilir, təbii qazdan qeyri-qanuni istifadə halları aşkarlanan zaman akt tərtib olunur və həmin akt əsasında da sərfiyyata uyğun hesablama aparılır, abonentə bildiriş şəklində göndərilir və bildirişdə göstərilən müddət ərzində ödəniş həyata keçmədikdə təbii qazın verilməsi dayandırılır. Əgər belə bir hallar varsa, kimsə qanunsuz akt tərtib edirsə və qeyri-qanuni olaraq təbii qazın verilmləsini bərpa edirsə bununla bağlı "Azəriqaz" İB idarəetmə aparatına müraciət edilə bilər".

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »