Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xalq şairinin oğlunun ölümü ilə bağlı məhkəmə başladı
Bakı Ağır Cinayətlər Məhkəməsində xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayevi qətli ilə bağlı cinayət işi üzrə hazırlıq iclası keçirilib. Hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin Elnur Nəhmədov, Pərviz Hüseynov və Ruslan Məmmədovun anket məlumatları dəqiqləşdirilib. Əli Qocayev zərərçəkmişin hüquqi varisi kimi tanınıb. Məhkəmə baxışı avqustun 2-nə təyin edilib.

İttihama görə Yalçın Qocayev mübahisə zəminində E. Nəhmədov tərəfindən döyülərək öldürülüb. O, tanışları - Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov və Bakı şəhər sakini Pərviz Hüseynovla birgə yemək yeyiblər. Spirtli içki qəbul edən tanışlar arasında mübahisə düşüb. Hadisə bu il martın 11-də gecə saat 2 radələrində Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayonu M.Cəlal küçəsində yerləşən rayon şöbəsinin inzibati binasındabaş verib. Ruslan qurumun üzvü olan Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirib. Yalçın Qocayev hadisə yerində ölüb.

Elnur Nəhmədov Cinayət Məcəlləsisinin 120.2.2-ci (xuluqablıq niyyəti ilə adam öldürmə) maddəsi ilə, Pərviz Hüseynov və Ruslan Məmmədov isə Cinayət Məcəlləsinin 221 (xuliqanlıq) maddədi ilə təqsirləndirilirlər.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Yol polisindən növbəti xəbərdarlıq və ya hökumətin işləməyən qərarı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
››› "Görüntünü mühakimə etdikdə mahiyyət kənarda qalır"
Son xəbərlər