Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"ABŞ-ın Türkiyəni itirməsinə bir addım qaldı"

ABŞ-ın Suriyada apardığı siyasətdən dolayı Türkiyəni itirməsinə bir addım qaldı.

Bu sözləri rusiyalı ekspert Aleksey Fenenko bildirib.

"Amerikalılar çox sürətli şəkildə Türkiyəni itirdiyini anladı və bu vəziyyətdən qorxub. Ötən 15 il ərzində Türkiyənin ABŞ-dan uzaqlaşma meyli müşahidə olunur. Son 2 ildə isə bu proses sürətləndi.

Türkiyənin Astana formatına inteqrasiya olduğunu, Suriya ilə bağlı mövqeyini İran və Rusiya ilə koordinasiya etdiyini nəzərə alsaq, ABŞ-ın Türkiyəni itirməsinə bir addım qaldı.

Tramp Türkiyə ilə əlaqələri qismən də olsa, normallaşdırmaq üçün təcili tədbirlərə əl atır. Halbuki, ABŞ-ın Türkiyəni narahat etdiyi ən böyük amil əvvəl İraq sonra Suriyadakı kürd layihəsinə açıq dəstəyidir", - Fenenko qeyd edib. (Axar.az)

Paylaş »
››› Kremlin aşpazı Putinin yemək sirlərini açıqlayıb
››› Pensiyasını almaq üçün cəsədi poçt şöbəsinə aparıblar
››› Rusiyada buzlu çaya girən qadın yoxa çıxdı - Video
››› Yanvarın 23-nə olan hava proqnozu
››› NK karantin rejiminin dəyişməsi ilə bağlı qərarlar qəbul edib
››› Yuxuda dəniz görmək nə vəd edir - Yuxuyozma
››› ABŞ-ın yeni hərbi yardımı Ukraynaya çatdırılıb
Son xəbərlər
Bütün xəbərlər »