Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyalı nazir neftin qiymətinin ucuzlaşmasından danışdı

Neftin qiymətindəki ucuzlaşmanın qarşısını almaq üçün təcili tədbirlər görməyə ehtiyac yoxdur.

Bu sözləri Rusiyanın Energetika naziri Aleksandr Novak deyib.

“Hesab edirəm ki, bazardakı dəyişkənlik qeyri-müəyyənlikdən irəli gəlir. Neftin qiymətinin aşağı düşməsinin qarşısını almaq üçün təcili tədbirlər görməyə ehtiyac yoxdur. İstehsalçı ölkələr neftin qiymətinə dair qərar verərkən uzunmüddətli düşünməlidirlər”, - deyə nazir bildirib.

O əlavə edib ki, neftin qiyməti bu il orta hesabla 70 dollar səviyyəsində dəyişib: “Hazırda bazar çox dəyişkəndir. Qiymətin kəskin artdığı vaxtlar da olub. İndi isə ucuzlaşır. Qiymətin necə sabitləşəcəyini görmək üçün uzunmüddətli inkişaflara baxmalıyıq. Bazar iştirakçılarının birdəfəlik dəyişikliyə reaksiya göstərməsi doğru deyil”.

A.Novak deyib ki, ölkəsi noyabrın əvvəlindən etibarən neft hasilatını gündəlik 20 min barrel azaldıb.

Qeyd edək ki, oktyabr ayında Rusiyanın neft istehsalı sutkada 11,41 milyon barrel olmaqla rekord səviyyəyə çatıb. (Axar.az)

Son xəbərlər
Bütün xəbərlər »