Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropada arxeologiya ixtisası üzrə ilk azərbaycanlı elmlər doktoru

Noyabrın 9 da Fransanın Lyon 2 Universitetində həmyerlimiz Nuridə Atəşi Qədirova müvəffəqiyyətlə arxeologiya ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə etdi.

„Mərkəzi və Cənubi Qafqazın Son Tunc-Erkən Dəmir dövrü Azərbaycanın Xocalı- Gədəbəy mədəniyyəti kontexində: E.ə. 1300-700 -cü yüzilliklər“ mövzusuna həsr olunmuş tədqiqat əsəri 12 fəsildən ibarət olmaqla 394 səhifədən ibarət idi. Müxtəlif ölkələrin Universitet və Elmi-tədqiqat institutlarının mütəxəssislərindən təşkil olunmuş beynəlxalq Juri tətdiqat işinə böyük və önəmli qiymət vermiş bu tədqiqatın beynəlxalq elm aləmində diskussiyaya səbəb olacağına diqqəti çəkmişdir. Dissertasiya işinin elmi rəhbəri Lyon 2 Universitetinin professoru xanım Mişel Kazanova digər üzvləri isə: Professor Eric THIRAULT, Lyon 2 Universiteti, və Lyon Şərq arxeologiya İnstitutu, Professor HEJEBRI NOBARI, rəyçi, (Tarbiət Modarne Universiteti Tehran, Iran), Dr Marjan MASHKOUR, rəyçi, Fransa Milli Təbiət tarixi muzeyi və Milli elmi tədqiqat Mərkəzi, Professor Elena ROVA, rəyçi, İtalianın Ca’Foscari Venetsiya Universiteti, Associait Professor Suzanne DIBO, Lyon 2 Universiteti, və Lyon Şərq arxeologiya İnstitutu, Azərbaycandan isə AMEA Naxçıvan Bölməsinin professoru Vəli BAXŞƏLİYEV müdafiədə iştirak etmiş və iddiaçının tədqiqatını qiymətləndirmişlər.

Nuridə Atəşi- Qədirova ilk dəfə olaraq Xocalı- Gədəbəy mədəniyyətini beynəlxalq səviyyədə tədqiq etməyə cəsarət etmiş indiyə qədər bu mədəniyyətə verilən digər adlardan: „Gəncə-Qarabağ mədəniyyəti“, „Mərkəzi Cənubi Qafqaz mədəniyyəti“, “Samtavro mədəniyyəti”, “Lçaşen- Mestamor mədəniyyəti”, “Lçaşen- Tsitelgori mədəniyyəti” kimi adlardan imtina edilməsini bu mədəniyyət üçün xas olan „Xocalı-Gədəbəy mədəniyyəti adının bundan sonra elmi ədəbiyyatda işlədilməsinin daha doğru olduğunu irəli sürmüşdür. O ilk dəfə olaraq 6 ölkənin muzey və arxivlərində (Almaniya, Avstriya, Fransa, Rusiya, Azərbaycan, Gürcüstan) 5 dildə ( alman, ingilis,fransız, rus və azərbaycan) tədqiqatlar aparmış çoxlu sayda indiyə qədər elmə məlum olmayan yeni kolleksiyalar, arxiv materialları aşkar etmiş, Xocalı Gədəbəy mədəniyyətinin tədqiqat tarixini, tarixşünaslığını objektiv və tənqidi analizini vermişdir.

O Xocalı- Gədəbəy mədəniyyətinin Qafqazda yayılma arealını, xronologiyasını yenidən araşdırmış və abidələrini tədqiq etmişdir. Tədqiqatçı eyni zamanda muzey materiallarının tipaloji analizini vermiş, kataloqunu hazırlamışdır və beynəlxalq elmin diqqətini Azərbaycan arxeologiyasına, onun inkişafına yönəltməyə müvəffəq olmuşdur.

Paylaş »
››› Hicama terapiya hansı xəstəliklərin müalicəsində daha çox tövsiyə edilir?
››› Rusiya Çinə görə müharibə ideyasını təxirə salıb
››› İslam şəriətində zinanın hansı növləri var...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› İqlim dəyişikliyi bizə hansı qorxunc fəlakətləri vəd edir
››› "Qəbir sadə daşdan olmalı, üzərində mərhumun ad-soyadı yazılmalıdır"
››› Zooparkda ana azyaşlı qızını ayı qəfəsinə atıb
Son xəbərlər