Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mülkiyyətçilər subsidiyanın artırılmasını istəyirlər

“Nazirimiz fikirlərimizi ölkə başçısına çatdırsın”

Torpaq yerin üst münbit qatı, aqrar sahənin əsas istehsal vasitəsi olmaqla insanları lazımi qida, heyvanlar aləmini yemlə, sənaye sahəmizi isə xammalla təmin edir.

Azərbaycan iqtisadiyyatında vacib strateji məhsul olan şəkər çuğunduru əkinçiliyi ilə məşğul olan İmişli rayonu 9 milyon əhalisi olan ölkəmizin daxili bazarını 871 ton şəkər və şəkər məhsulları ilə təmin edir. Zavodun istehsal prosesi ilə ictimaiyyəti məlumatlandırmaq üçün “Azərsun Holdinq” media nümayəndələri ilə birlikdə İmişlidə yerləşən “ Şəkər ” zavoduna ekskursiya təşkil etdi.

Media nümayəndələrini Azərbaycan Şəkər İstehsalat Birliyinin baş direktoru Mehran Məmmədov qarşılayaraq, zavodun fəaliyyət sahəsi barəsində məlumat verdi: “ Sizi buraya dəvət etməyimizin əsas səbəbi ondan ibarətdir ki, məşğul olduğumuz fəaəiyyət sahəsini bir az ictimailəşdirək. Şəkər Azərbaycan iqtisadiyyatinda vacib bir strateji istehsal növüdür. Hamımız bilirik ki, dövlətimiz kənd təssərrüfatına, aqrar sektora nə qədər diqqət göstərir. İdxaldan azad olmaq üçün öz məhsullarımızı yetişdirməliyik. Bu sahədə də çalışırıq ki, həm öz fermerlərimiz işləsin, həm də öz məhsulumuz olsun. Azərbaycan Şəkər İstehsalat Birliyi bu kompleksi tam şəkildə idarə edir. Həm kənd təsərrüfatı, həm də istehsalat tərəfini tənzimləyir. Zavodumuz 13- cü ildir ki, fəaliyyət göstərir. 2006- cı ildən bu günə kimi bu bölgələrdə , əsasən də Aran bölgəsində və Aşağı Qarabağ bölgəsində , Şimal bölgələrində Azərbaycan Şəkər İstehsalat Birliyi şəkər çuğundurunun əkinçiliyi ilə məşğuldur.

Bizim əsas dayaq nöqtəmiz bizim burda yerli mülkiyyətçilərdir.

Şirkətimiz yerli mülkiyyətçilərlə müqavilə bağlayaraq, bütün il boyunca dəstək verir və şəkər çuğunduru becərilir və çıxarılır. Şəkər zavodunda da emal edilərək şəkər tozu istehsal olunur . Şəkər tozundan şəkər növləri, kəllə qənd, kub şəkər növləri istehsal edirik. Bu il 200 000 tona yaxın çuğundur istehsal olunub. Bu da Azərbaycanın ümümi əhalisinin daxili tələbatının hamısı, yerli xammala tələbatın isə 17 faizi deməkdir. Azərbaycanda daxili bazarı təmin etmək üçün minimum 2 milyon ton çüğündür istehsal olunmalıdır. Əgər hektardan aldığımız şəkəri hesablasaq, biz hazırda 300 000 – 400 000 ton alırıq. Ona görə də bu istehsal ən azı 5 dəfə artırılmalıdır”.

Şəkər çuğunduruna görə istehsal 5000 ton olub. 2017-ci ildə “Şəkər” zavodunda çox geniş rekonsturuksiya işləri aparılıb və bunun nəticəsində şəkər çuğundurunun emal texnoloji sxeminin məhsuldarlığı 5000 tondan , 10 000 tona qaldırılıb.

Mehran Məmmədov aqrar sahədə yeni iş yerləri açıldığını söylədi: “Hazırda əkinçilik fəaliyyətilə 100 minə yaxın insan məşğul olur. Zavodumuz istehsal olunan ümumi şəkəri ilə Azərbaycanı təmin etməkdən savayı, ixrac potensialımız da var. Biz Orta Asiya ölkələrinə də şəkər ixrac edirik. 2017- ci ildən başlayaraq əvvəllər 3000 – 4000 ha əkdiyimiz sahələri 10 000 ha -ya çıxardıq. 2017- ci ildə 14 000 ha əraziyə şəkər çuğunduru əkilib və təhvil verilib. Zavodda yerli fermerlərlə müqavilələr bağlanır”.

“Azərsun Holdinq”-in İctimai Əlaqələr və Biznesin İnkişafına Dəstək Departamentinin müdiri Afiq Səfərov bildirdi ki, Azərbaycanda şəkər istehsalı üzrə təcrübəli, şəkər çuğunduru işini bilən yüksək biliyə malik mütəxəssislər yığışıb: “ Zavodla bağlanan müqavilə əsasında mülkiyyətçiyə bütün lazım olan - toxumundan tutmuş gübrələrinə, dərmanlarına kimi kredit şəklində verilir. Bu il zavodumuz şəkər çuğundurunun 1 ton alış qiymətini 2 manat artıraraq, 60 manata yüksəldib. Keçən il bu rəqəm 14 faiz şəkərliliyə görə 58 manat, bu il isə hər bir faiz artan şəkərə görə əlavə 2 manat ödəniş olacaq. Ən son şəkər çuğundurunun yüksək şəkərlik faizində 1 tonuna görə 72 manata kimi Azərbaycan Şəkər İstehsalat Birliyi mülkiyyətçiyə pul ödəyəcək. Bundan başqa dövlət də 4 manat subsidiya verir”.

Görüşdə iştirak edən fermerlər və zavod rəhbərliyi aqrar sahənin inkişafı etdirilməsi üçün subsidiyanın dövlət tərəfindən artırılmasını istədilər:

“Subsidiya artırılsa, mülkiyyətçilərə daha çox kömək və stimul verəcək. 4 manatdan 8-10 manata artırılması çox əlverişli olardı .

Daha çox bu il biz ərazinin əkilməsini istəyirik. Kənd təsərrüfatı məhsulları mütləq növbəli əkin şəklində bitməlidir. Bu il bir bitki əkildisə, digər il digər bitki əkilməlidir ki, torpaq öz qüvvəsini, gücünü saxlaya bilsin. Şəkər çuğundurunda olan yonqar, çuğundur sıxılandan sonra bundan qalan cecək və şəkər istehsalı zamanı son məhsul kimi çıxan şəkər melasının hər ikisi kənd təsərrüfatında çox böyük rol oynayan məhsullardır -deyə Məmmədov bildirdi.

Afiq Səfərov zavodun istehsal etdiyi şəkərin keyfiyyətinə görə,beynəlxalq tələblərə tam cavab verdiyini vurğuladı: ” Zavoda geniş yatırımlar qoyulub. Hazırda zavodda istehsal olunan şəkərlə Azərbaycan bazarını təmin etməkdən savayı, ixrac potensialı da var. İstehsal edilən şəkər tozundan Orta Asiya ölkələrinə də ixrac edilir . Çox isyərdik ki , bu gün burda səsləndirilən fikirlərimiz ictimailəşdirilsin. İldən ilə bu şəraitlər daha da yaxşılaşdırılacaq. Elə edəcəyik ki, mülkiyyətçilərimiz qazansın. Çünki onlar daim bizimlə koorperati şəklidə işləyən bir mühərrikdir. Gələn il daha böyük ərazilərdə əkin sahələrinin daha da çoxaldılması nəzərdə tutulur. Daha çox məhsul alıb, yerli şəkər istehsalını maksimal dərəcədə artırmaq niyyətimiz var. Şəkər şuğunduru əkinlərinin həyata keçirilməsi özünəməxsus spesifik aqreqatlar, texnikalar tələb edir. Bunlara da kifayət qədər böyük vəsait, sərmayə qoyuluşu həyata keşirilir. Bu aqreqatların da qorunub saxlanılması, yəni 2006 -cı ildən bu günə kimi fəaliyyəti gedir. Bunların saz olması, mövsumdə işlək halda bizim fermerlərə təqdim olunması üçün də xeyli vəsait tələb olunur. Resurslarımız çox geniş deyil. Amma rəqiblərimiz çox güclüdür. Rusiya dövləti şəkər zavodlarının, şəkər ixracının güclənməsi məqsədilə şəkər istehsalçılarına çox ciddi stimullaşdırıcı dəstəklər verir. Həm enerji güzəştləri, ixracla bağlı isə hər ton başına 130 dollar verir”.

Azərbaycan Şəkər İstehsalat Birliyinin Aqrar bölümün Departament müdiri Rovsən Əliyev Azəırbaycanda şəkər çuğunduru əkinçiyinin uzunmüddətli tarixə malik olmadığını bildirdi: “ 2003- cü ildə ilk dəfə olaraq , Azərbaycan şəkər çuğunduru əkinçiliyinə başlayıb və sayca 22-24 rayonu əhatə edən ərazilərdə şəkər çuğunduru əkinçiliyi həyata keçirilir. Bu əkinçiliyin son zamanlar regionlar üzrə düzgün aparılmasının forması istiqamətində işləyirik. Əkinçilk sahəsində novbəli əkin sxemi tətbiq olunmalıdır. Ona görə ki , hər bitki özünün tələbatına uyğun yerdən qida maddələri alır. Çuğundur da bu növbəli əkin sxemini tətbiq etmək üçün ən önəmli bitki növüdür. Eyni ildə, eyni bitkiləri eyni yerə əkərsənsə, onun yerdən götürdüyü qida maddələri azalar. Mərkəzi Aran bölgələrində güclü əkinçilik növlərindən biri pambıqçılıq , heyvandarlıq üçün isə yonca əkinçiliyidir. Bunlarla bərabər növbəli əkin sxemini tətbiq etmək üçün yəqin Kənd Təsərrüfatı nazirimiz də hər halda bu işlərə bir qərar qəbul edəcək. Hər il eyni yerə pambıq əkmək olarmı? Demək bu zonaya uyğun əkinçilikdən yonca, taxıl , çuğundur, pambıq əkilməlidir. Növbəli əkin sxemi belə getməlidir. Əkinçilik həm də bu ekoloji cəhətdən sərfəlidir. Çünki yeganə bitkidir ki, 1 ha-nın verdiyi oksigen 3ha meşənin verdiyi oksigenə bərabərdir. Biz istəyirik ki, dövlətimiz, nazirimiz bizə dəstək versin. Çuğundur əkinçiliyinə verilən dəstək 4 manat yox , heç olmasa 8- 10 manat aralığında olsun. Pambıqda 10 qəpik, yəni 3 ton yarım olarsa, bunun subsidiyası 350 manat edir. Çuğundurda isə hektara 40 ton 4 manatdan 160 manat edir”.

İqtisadi Təhlil Depatramentinin müdiri, iqtisadçı Fərid Ədilov regionun öz reallıqları olduğunu dedi: “ Rəqabət öz yerindədir. Rusiya kimi , Ukrayna kimi MDB -də partnyor ölkələr var. Onlara digər kənd təssərrüfatı məhsullarını reallaşdıırırıq. Onlar da qarşılıq tələb edir. Haqlı olaraq, onlar da deyir ki, bizim də şəkər tozunu siz alın. Burda diktədən söhbət getmir. Amma sonra anbarlarlarımız şəkər tozu ilə dolub daşarsa, satılmazsa, gələn ilə hansı pulu fermerə verək.Bu pul şəkər tozunun satışından gələn puldur. Əsas səbəb isə bu işi stimullaşdırmaqdır. Məhz bu səbəbdən də ölkədə sərinləşdirici içki istehsal edən “Coca-Cola” kimi iri şirkətlər bizim şəkərə üstünlük verir”.

Görüşdə iştirak edən fermerlər dövlət tərəfindən subsidiyanın artırılması təklifi ilə çıxış etdilər. İmişli və Füzulidən olan mülkiyyətçilər Məmmədov Balaxan və Vaqif adlı şəxs qohumlardan ibarət kooperasiya yaradıblar. Şəkər çuğunduru əkini ilə məşğuldurlar. Lakin indi onlara bu əkinin baha başa gəldiyini və sərf etmədiyini dedilər. Onlar bu məhsula dövlətin verdiyi subsidiyanın digər məhsulla müqayisədə az olduğunu bildirdilər:

“Bizə verilən subsidiya torpağa verilən gübrələrin, dərmanın xərcini ödəmir. Çünki gübrə bahadır. Hər il eyni torpağa şəkər çuğunduru əkildiyindən məhsuldarlıq azalır. Subsidiya artırılsa, var gücümüzlə işləyərik. Kənd adamıyıq, torpağı sevirik. Biz də başqa bitkilər əkmək fikrinə düşmərik. Yeni kənd təssərrüfatı nazirimiz İnam Kərimovun fəliyyətindən razıyıq. Hər iki rayonun mülkiyyətçiləri adından müraciətimizi nazirimiz ölkə başçımıza çatdırsın”.

Gülnarə ƏMİRQIZI

Paylaş »
››› Ərdoğandan Sezen Aksuya sərt sözlər: “Uzanan dilləri qoparmaq vəzifəmizdir”
››› Kremlin aşpazı Putinin yemək sirlərini açıqlayıb
››› Pensiyasını almaq üçün cəsədi poçt şöbəsinə aparıblar
››› Yanvarın 23-nə olan hava proqnozu
››› Rusiyada buzlu çaya girən qadın yoxa çıxdı - Video
››› NK karantin rejiminin dəyişməsi ilə bağlı qərarlar qəbul edib
››› Yuxuda dəniz görmək nə vəd edir - Yuxuyozma
Son xəbərlər
Bütün xəbərlər »