Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
2019-cu ilin büdcə layihəsi 1-ci oxunuşda qəbul edildi
Azərbaycan Respublikasının 2019-cu il üzrə dövlət büdcəsinin layihəsi bu gün Milli Məclisdəki müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.

Bizimyol.info xəbər verir ki, noyabrın 13-ü və 14-də "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" Qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb. Keçirilən iclaslarda deputatlar büdcə sənədi ilə bağlı fikir və təkliflərini səsləndiriliblər.

Müzakirələrdən sonra “2019-cu il dövlət büdcəsi haqqında" Qanun layihəsi səs qoyularaq, birinci oxunuşda qəbul edilib.

Azərbaycanın 2019-cu il dövlət büdcəsinin gəlirləri 22 917,5 milyon manat, xərcləri 24 780,1 milyon manat proqnozlaşdırılır.

Dövlət büdcəsində neftin bir barelinin qiyməti 60 dollar götürülüb.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »